"Hansısa beynəlxalq normaya aldadıcı məntiqlə istinad edən Ermənistanın..."

17:11 29-06-2018 | icon 658 | Qarabağ
"Hansısa beynəlxalq normaya aldadıcı məntiqlə istinad edən Ermənistanın..."

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın hərbi təlimlərdən guya 42 gün əvvəl bu barədə Ermənistana xəbər verməli olduğuna dair bəyanat yaymaqla əslində Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək marağında qətiyyən olmadığını və münaqişənin həllini uzatmağa çalışdığını bir daha nümayiş etdirir.

 

Versus.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, Ermənistan XİN-in bu kontekstdə silanlanmaya nəzarət üzrə məlum beynəlxalq sənədlərə istinad etməsi aşkar təcavüz və işğalçılıq siyasətinə zahiri konstruktivlik donu geyindirmək cəhdindən başqa bir şey deyil:

 

"Azərbaycan hərbi təlimləri kimsənin torpaqlarına və sərhədlərinə toxunmadan özünün dünya birliyi tərəfindən tanınmış ərazilərində keçirdiyi üçün Ermənistanı xəbərdar etməyə borclu deyil. Silahlanmaya nəzarət üzrə qanuni Avropa normalarının pozulması sarıdan narahatlıq varsa, bu narahatlığın yeganə mənbəyi Ermənistanın öz siyasətidir. Ermənistanın Qarabağda qurduğu qanunsuz işğal rejimi nəinki silahlara beynəlxalq nəzarət mexanizmlərindən tam kənar zonaya çevrilib, həm də Qarabağın qanunsuz məskunlaşma, narkotrafik və terror təlimi düşərgələri üçün məkana çevrildiyini sübüt edən faktlar var. Azərbaycan hərbi təlimləri öz torpaqlarında keçirdiyi üçün Ermənistana öncədən heç bir xəbərdarlıq etməyə borclu deyil”.

 

Ekspert qeyd edib ki, Azərbaycandan “42 gün” normativini yanlış əsaslarla gözləyən Ermənistan düz 30 ildir təcavüz, etnik təmizləmə və işğal siyasəti aparır, Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, BMT baş katiblərinin hüquqi gücə malik bəyanatlarını, Helsinki Yekun Aktını və Minsk qrupu həmsədrlərinin bəyanatlarını nümayişkaranə şəkildə yerinə yetirmir:

 

"Hansısa beynəlxalq normaya aldadıcı məntiqlə istinad edən Ermənistanın başqa bir sıra göstərdiyimiz beynəlxalq sənədlərə aşkar hörmətsizlik etməsi sadəcə absurddur".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”