Sabahdan əhali fasiləsiz su ilə təmin olunacaq

10:49 04-07-2018 | icon 16 | Sosial
Sabahdan əhali fasiləsiz su ilə təmin olunacaq

Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub.

 

Versus.Az-ın Trend-ə istinadən məlumatına görə, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib:

 

"Artıq vəziyyət stabilləşib, həm Kür, həm Ceyranbatan, həm də Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə tam həcmdə su gəlir. Bu gün səhər saatlarından əksər ərazilərə suyun verilişini təmin etmişik. Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında hətta yüksəkmərtəbəli binalara da suyun verilməsi təmin edilib. Ola bilər ki, qismən təzyiq az olar, bəzi yerlərdə yuxarı mərtəbələrə su qalxmaya və bir neçə evdə lokal problem yarana bilər. Amma biz suyun verilməsində artıq stabillik əldə etmişik və günün ikinci yarısına tam stabillik əldə olunacaq. Rejimlə tam su verilməsini isə sabaha planlaşdırırıq. Yəni, həm anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Sabah artıq əhali fasiləsiz su ilə təmin olunacaq".

 

A.Cəbrayıllı bildirib ki, dünənə nisbətən bu gün suyun təchizatı xeyli yaxşılaşıb:

 

"Dünən su ilə təmin olunmayan əksər abonentlər də bu gün su alıb. Artıq ehtiyat tədbirləri də görülür. Bütün anbarlar doldurulur ki, axşam vaxtlarında Yeni Günəşli, Köhnə Günəşli qəsəbələri, Xətai, Sabunçu və Binəqədinin su almayan ərazilərini su ilə təmin edək".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

"Dövlətimizin yanında olmalıyıq"

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Gəncədə qeyri-qanuni aksiya

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Gəncədə qeyri-qanuni aksiya ilə bağlı açıqlama