Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasına ev sahibliyi edəcək


2019-cu ildə Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək.
Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə məlumatında deyilir.
Hazırda Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilir. İclasda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.
İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə olunub, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.
İclasda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.
Yekun qərara əsasən mədəniyyət naziri Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dən çox ölkəsindən 2 minədək nümayəndənin iştirakı gözlənilir.
Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.
Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı, Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə fəaliyyəti nəticəsində ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Xəbər lenti

Hamı 10 yaşlı Zəhradan danışır
"Təşkilatçılara bildirdik ki, əgər bayrağın yeri dəyişdirilməsə, yarışda iştirakdan imtina edəcəyik"
Xocalı soyqırımından bəhs edən film Kaliforniya televiziyalarında
ALDP də Qarabağ Komitəsində fəaliyyətini dayandırdı
Qiymət artımının səbəbləri
Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:
“Bu partiyaların birləşib-ayrılmalarını çox müşahidə etmişik”
“Qarabağ komitələrinin çox olması gücün parçalanması deməkdir”
“Xocalı şikəstəsi” kitabının təqdimatı olub
"ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır"
Avropa Liqasında 1/8 finalın püşkü atılıb
Xocalı Soyqrımının 27-ci ildönümü anılıb
Azərbaycanın ilk snayperçi qadını AXCP-nin qonağı oldu
"Azərbaycanın Sərhəd Mühafizəsi ən ciddi döyüş texnikaları ilə təchiz olunub"
Həcc ziyarətinə getməyin builki qiyməti
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb"
İsraildə soyqırım qurbanları anılıb
İrəli
