“Azərxalça”da yeni avadanlıqların təqdimatı olub

14:32 04-07-2018 | icon 511 | Gündəm
“Azərxalça”da yeni avadanlıqların təqdimatı olub

Xalçanın istehsal prosesi bir neçə mərhələdən ibarətdir. Xalça ilkin mərhələdə toxunur, çırpılıb yuyulduqdan sonra istifadəyə, yaxud satışa hazır vəziyyətə gətirilir. İstər yeni istehsal olunmuş, istərsə də uzun müddət istifadə edilmiş xalçaların yuyulması çox vacib məsələdir. Çünki xalçanın təmizliyi insan sağlamlığı üçün önəmlidir. Əl üsulu ilə yundan toxunmuş xalçaların təmizliyinə isə xüsusi fikir verilməlidir. Yundan toxunmuş xalçalar daha tez tozlanır ki, bu da tənəffüs yollarının infeksion və xroniki xəstəliklərindən əziyyət çəkən insanlara öz mənfi təsirini göstərir. Yeni toxunmuş xalçaların üzərində həm yunun tozunun, həm də onu toxuyanın əlinin, istifadə olunmuş avadanlığın çirkinin olması xalçanın yuyulmasını zərurətə çevirir. Odur ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti istehsal etdiyi xalçaları yuyulduqdan sonra satışa çıxarır.

 

Bu barədə Versus.Az-a “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Cəmiyyətin emalatxanalarında xalçaların toxunması başa çatdırıldıqdan sonra onlar fısdıq ağacından hazırlanmış dolabda çırpılmaqla toz və xov qırıntılarından təmizlənir, təbii yuyucu vasitələrlə yuyulur, xüsusi qurğularda qurudulur.

 

İndiyədək istehsal olunmuş xalçalar əl üsulu ilə, xüsusi avadanlıqlardan istifadə edilmədən yuyulub təmizlənirdi. Bu günlərdə yeni avadanlıqların alınıb gətirilməsi əl əməyini xeyli yüngülləşdirib, xalçaların daha keyfiyyətli yuyulmasına şərait yaradıb.

İyulun 4-də “Azərxalça”nın fəaliyyət göstərdiyi mərkəzi ofisdə yeni xalçayuma avadanlıqlarının təqdimatı olub və onlar sınaqdan çıxarılıb. Yeni avadanlıqların təqdimatında Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov iştirak edib.

 

Məlumat verilib ki, Türkiyədən alınıb gətirilən bu avadanlıqlar “Hilalfırça” şirkətinin istehsalıdır. Bu avadanlıq xalçanın ilməsinin dibində olan bütün tozları çıxarır, yunu yumşaldır və onun uzunömürlülüyünü artırır. Yeni texniki avadanlığın işlədilməsi çox sadədir. Yumşaq fırça ağızlığa malik avadanlıqla yuyulma zamanı xalça zədələnmir, xovunun elastikliyini, boyağının keyfiyyətini itirmir.

Bildirilib ki, “Hilalfırça” şirkəti bu sahədə keyfiyyətli avadanlıqlar istehsalı ilə tanınır. Şirkətin istehsal etdiyi məhsullar ABŞ, Rusiya, Almaniya, Gürcüstan və Qazaxıstana ixrac olunur. “Hilalfırça”nın məhsullarına üstünlük verilməsinin əsas səbəbi odur ki, bu şirkət əsasən xalçayuma avadanlığı istehsalı üzrə ixtisaslaşıb. Şirkətdə təcrübəli mütəxəssislər fəaliyyət göstərir. Məhz belə bir şirkətin istehsalı olan avadanlıqlar xalçaların keyfiyyətli yuyulmasına zəmanət verir.

 

Təqdimatda xalçaların müasir avadanlıqlardan istifadə olunmaqla standartlara uyğun şəkildə yuyulmasının əhəmiyyətinə toxunularaq qeyd edilib ki, xalçanın ev şəraitində təmizlənməsi onun orijinallığına xələl gətirə bilər. Ev şəraitində yuyularkən xalça uzun müddət nəm qalır, tez sıradan çıxır. Xalça yuyulduqdan sonra sıxılmalıdır ki, bunu da ev şəraitində həyata keçirmək çətindir.

Sonda yeni avadanlıqlar sınaqdan çıxarılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

Rusiya Fransanı ciddi qəbul etmir?

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər

Qazaxıstandan Azərbaycana 102,2, Azərbaycandan Qazaxıstana isə 205,2...