"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

10:20 10-07-2018 | icon 33 | Siyasət
"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

"Azərbaycanda sosial şəbəkələr və digər vasitələrlə terrorçuluğa çağırış edən şəxslər cəzalandırılmalıdır".

 

Versus.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyin olması çoxlarını narahat edir:

 

"Hətta bəzi dövlətlər və müəyyən qruplar məqam düşən kimi Azərbaycanda sabitliyi pozmağa, iqtidarla xalq arasında narazılıq yaratmağa cəhd edirlər. Amma dəfələrlə buna cəhd olunsa da, onlar istədiklərinə nail ola bilməyiblər. Çünki Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Azərbaycan iqtidarı xalqın bütün arzu-istəklərini gerçəkləşdirir. Bildiyiniz kimi, Gəncədə Prezidentin nümayəndəsinə - şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror hadisəsi törədildi. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də açıqlama yaydı. Təəssüf ki, müəyyən qüvvələr yenidən bu məsələyə qayıtmaq və narazılıq əlaməti kimi insanları etiraz aksiyasına çağırmağa cəhd edirlər. Onlar bu bəhanə ilə Azərbaycanda sabitliyə xələl gətirmək istəyirlər. Həmin şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməli və qanun qarşısında cavab verməlidirlər".

 

Millət vəkili bildirib ki, dövlət əleyhinə, ölkədə sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır:

 

"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər. Onların istəkləri heç vaxt baş tutmayacaq. Hər kəs törətdiyi əmələ görə cavab verməlidir - istər jurnalist olsun, istər hansısa informasiya saytının rəhbəri, istərsə də terrorçu. Hər kəs qanun qarşısında eynidir".

 

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı, daha 11 nəfər saxlanılıb:

1. Səfərov Yunis Rafiq oğlu – 1983, Gəncə şəhəri;
2. Zeynalov Firudin Etibar oğlu – 1982-ci il Tərtər rayonu;
3. Zalov Cəfər Mürsəl oğlu – 1977, Gəncə şəhəri;
4. Əzizov Mahir Əziz oğlu – 1986, Yevlax şəhəri;
5. Əliyev Muraz Mətləb oğlu – 1989, Gəncə şəhəri;
6. Abdullayev Hamlet Ramiz oğlu – 1978, Gəncə şəhəri;
7. Ələkbərov Fikrət Balaqardaş oğlu – 1979, Bakı şəhəri;
8. Həsənov Rauf Rövşən oğlu – 1983 Gəncə şəhəri;
9. Paşayev Ramil Famil oğlu – 1980, Gəncə şəhəri;
10. Salahov Ceyhun İsrail oğlu – 1972-ci il, Gəncə şəhəri;
11. Mustafayev Rasim Hafiz oğlu – 1980, Gəncə şəhəri;
12. Zahidov Elmir Savadxan oğlu – 1996-cı il, Neftçala rayonu.

 

Bundan başqa, ölkə ərazisində elektrik enerjisinin kəsilməsi və E.Vəliyevə qarşı sui-qəsdlə əlaqədar sosial şəbəkələrdə qeyri-qanuni çağırışlar etdiyinə görə bir qrup şəxs saxlanılıb:

1. Qurbanov Rabil Səlvər oğlu, 29.05.81, Bakı şəhər sakini, 30 gün müddətinə;
2. Ferazi Yaşar İbrahim oğlu, 17.06.1959, Xırdalan şəhər sakini, 30 gün müddətinə;
3. Əliyev Elxan Rüstəm oğlu, 05.10.1982, Tovuz rayon Aşağı Ayıblı kəndi, 30 gün müddətinə;
4. Mehdiyev Aqil Səlamət oğlu, 06.10.1985, Salyan rayon sakini, 30 gün müddətinə;
5. Rəhimov Əli Şahbala oğlu, 05.03.1992, Bakı şəhər sakini, 30 gün müddətinə;
6. Camalov Rəşad Şamil oğlu, 14.09.1990, Tərtər rayon sakini, 30 gün müddətinə;
7. Şıxəliyev Elsevən Akif oğlu, 05.07.1991, Lənkəran rayonu, Cəgiran kəndi sakini, 30 gün müddətinə;
8. Quliyev İlqar Humay oğlu, 27.06.1980, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
9. Sadıqov Əfqan Hətəmxan oğlu, 06.12.1976, Cəlilabad şəhər sakini, 30 gün müddətinə;
10. Əliyev Rüfət Yaqub oğlu, 31.05.1986, Sumqayıt şəhər sakini, 30 gün müddətinə;
11. Şirinov İlknur Adil oğlu, 18.07.1991, Balakən şəhər sakini, 25 gün müddətinə;
12. Kərimov Sədi Hüseyn oğlu, 17.02.1983, Bərdə rayonu, Qəhrəmanlı kəndi, sakini, 20 gün müddətinə;
13. Hüseynli Babək Hümbət oğlu, 22.08.1992, Xırdalan şəhər sakini, 10 gün müddətinə;
14. Həşimov Afiq Mirzəxan oğlu, 10.02.1981, Neftçala şəhər sakini, 10 gün müddətinə;
15. Səfərsoy Rza Əli oğlu, 06.05.1976, Səlyan rayonu Yenikənd kənd sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
16. Qasımov Səbuhi Hafiz oğlu, 26.06.1996, Bakı şəhər sakini, barəsində cinayət işi qaldırılıb, axtarışdadır;
17. Balayev Mahir Adəm oğlu, 18.03.1981, Ağsu rayonu Hacıqədirli kənd sakini, həbsdədir;
18. Həsənov Bəhrəm Hüseyn oğlu, 17.09.1987, Ağdam rayonu Kəngərli kənd sakini, incibati qaydada cərimə olunub;
19. Rəhimov Orxan Oruc oğlu, 07.03.1993, Bərdə rayonu, Otuzikilər kən sakini, incibati qaydada cərimə olunub;
20. Bayramlı Səməd Elmin oğlu, 14.07.1998, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, xəbərdarlıq edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”