“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

22:26 11-07-2018 | icon 97 | Siyasət
“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

“Gəncədə baş verən xoşagəlməz hadisələrdən istifadə edərək şəhərdə sabitliyi pozmağa çalışanların hədəfində bütün Azərbaycan xalqıdır”.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

Əli Əhmədov qeyd edib ki, Azərbaycandakı sabitlik və əmin-amanlıq hər kəsin təhlükəsizliyi üçün əsas amildir:

 

“Hər birimiz bununla fəxr edirik. Ən başlıcası isə insanlar rahatdır, sakit yaşaya bilirlər. Lakin görünən budur ki, xalqımızın bu sakit həyatını gözü götürməyənlər baş qaldırmağa cəhd göstərirlər. Gəncə sakinləri müdrik insanlardır, onlar heç kimə şəhərin sakit həyatını pozmağa imkan verməzlər. Çünki yaxşı bilirlər ki, bu gün yalançı “vətənpərvərlər”, “din əzabkeşləri” adı altında sabitliyi pozmağa çalışanlar və çağırış edənlər tamam başqa yerdən idarə olunur və ayrı məqsədlərə xidmət göstərirlər. Tökülən qan isə xalqın qanıdır. Şəhid olan iki polis zabiti xalqın övladlarıdır, kiminsə övladı, kimlərinsə atası, qardaşı, həyat yoldaşıdır. Onların qanını tökən vətənpərvərlər, din əzabkeşi ola bilərmi? İnanıram ki, gəncəlilər müdrikliyini bir daha nümayiş etdirəcək, ara qarışdıranlara, qanunu pozanlara, sakit həyatımıza haram qatmaq istəyənlərə özləri layiqli cavab verəcəklər”.

 

Əli Əhmədov bildirib ki, Azərbaycanda sabitlik və əmin-amanlıq möhkəm dayaqlar üzərində qərar tutub:

 

“Onu pozmağa heç kim cürət edə bilməz. Bir neçə araqarışdırandan savayı hamı qanuna hörmət edir, sabitliyi qoruyur, dövlətin və dövlətçiliyin ətrafındadır. Gəlin, hamımız ətrafımıza baxaq, dünyada baş verənləri, faciələri, tökülən göz yaşlarını yada salaq. Ölkəmizdəki sabitliyin qədrini bilək, ona xəyanət edənlərin qarşısını kəsək. Sonra gec olar”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar