"Bu, əsl erməni həyasızlığı idi"

15:27 13-07-2018 | icon 727 | Geopolitika
"Bu, əsl erməni həyasızlığı idi"

"Ermənistanın populist baş naziri Nikol Paşinyanın NATO-nun Əfqanıstanla bağlı keçirilən xüsusi panelindəki çıxışını böyük təəssüf hissilə izlədim və bir daha əmin oldum ki, erməni hər yerdə ermənidir və hətta ən demokratik erməni də səmimi ola bilmir, erməni millətinə xas olan ənənəvi hiyləgərlik azarından qurtula bilmir".

 

Versus.Az xəbər verir ki, bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlamasında bildirib:


"Bildiyiniz kimi, bu günlərdə Brüsseldə NATO-ya üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı keçirildi və həmin toplantı çərçivəsində NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökümət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə müzakirələr aparıldı. Zirvə toplantısında NATO-ya üzv dövlətlərin dövlət və hökumət başçıları səviyyəsində yekun bəyanat qəbul edildi. Həmin bəyanatda üzv dövlətlər növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə etdilər və Dağlıq Qarabağ münaqişəsinin də məhz ərazi bütövlüyü prinsipi əsasında həll edilməli olduğunu bildirdilər. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də həmçinin, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olundu".

 

Partiya sədrinin fikrincə, bu, Ermənistan tərəfini əsla qane etmir. Çünki Ermənistanın istər əvvəlki nasist-işğalçı liderləri, istərsə də hazırki psevdo-demokrat baş nazir N.Paşinyan ciddi-cəhdlə çalışıblar ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında yox, məhz xalqların öz müqəddəratını təyinetmə prinsipi nöqteyi-nəzərindən yanaşsınlar:

 

"Çünki belədə Dağlıq Qarabağın separatçı erməniləri kart-blanş əldə etmiş olur və öz separatçılıqlarına haqq qazandırmaq imkanı əldə edirlər. Lakin göründüyü kimi, NATO zirvəsinə toplaşan liderlər Paşinyanın bu arzusunu gözündə qoydular. Hərçənd ki, Paşinyan vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikası ilə NATO liderlərini maksimal dərəcədə Azərbaycana qarşı kökləməyə çalışdı. O, ənənəvi erməni bicliyindən istifadə edərək NATO sammiti çərçivəsində Əfqanıstanla bağlı məsələlərə həsr edilmiş xüsusi görüşdə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllinə sadiq olduğunu vurğuladı, eyni zamanda da Azərbaycanı cəbhədə və Ermənistanla sərhəddə təxribatlar törətməkdə suçladı. Bu, əsl erməni həyasızlığı idi və Nikol Paşinyan heç bir vicdan əzabı hiss etmədən, utanıb-qızarmadan bu həyasızlığı NATO kürsüsündən nümayiş etdirdi. Ancaq NATO liderləri isə Ermənistan baş nazirinin demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək cəhdlərinə və Azərbaycana qarşı qızışdırıcılıq ritorikasına məhəl qoymadılar. Necə deyərlər, sonda erməni həyasızlığı yox, qlobal siyasi müdriklik qalib gəldi".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər