Trampla görüşməkdən imtina etdilər
Böyük Britaniya şahzadələri Çarlz və Uilyam kraliça II Yelizavetanın ABŞ prezidenti Donald Trampla görüşündə iştirakdan imtina ediblər.
Versus.Az “Times” nəşri mənbələrinə istinadən xəbər verir ki, onlar (şahzadə Çarlz və şahzadə Uilyam) sadəcə iştirakdan imtina etdilər. Kraliçanın orada tək olması çox qəribədir. Adətən onu həmişə kimsə müşayiət edir.
Nəşrin məlumatına görə, Tramp-Yelizaveta görüşü zamanı şahzadə Uilyam polo üzrə xeyriyyə yarışında iştirak edib, şahzadə Çarlz isə Qlosterşir qraflığı polis idarəsinin tədbirinə qatılıb.
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”