Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

09:12 17-07-2018 | icon 526 | Cəmiyyət
Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə 1/8/263-098/246 nömrəli 09 aprel 2018-ci il tarixli müqavilə əsasında “Ermənistanın əsir və girov götürdüyü uşaqların əməyinin istismarı və orqan transplantasiyasına dair film çəkilişi” layihəsini həyata keçirməyi planlaşdırır. Layihənin icra dövrü 01 may – 01 sentyabr 2018-ci ildir və dörd ay ərzində həyata keçiriləcək.

 
 
Versus.Az xəbər verir ki, layihənin məqsədi  erməni vəhşiliyinin qurbanı olmuş, əsir və girov götürülmüş, fiziki, cinsi və psixoloji zorakılığa məruz qalmış uşaqlar haqqında sənədli filmin çəkilişidir.
 
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun  rəhbəri İsmayıl Axundova məktubla müraciət edərək layihə barədə məlumat verib. Layihənin icrası, ssenarinin müzakirəsi ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə yaradıcı heyətin görüşü keçirilib. Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov, Dövlət Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev, Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, yaradıcı heyətin üzvləri-layihənin rejissoru Sahil Nəzərov  və ssenari müəllifi Hafiz Eynullayev iştirak edib. Görüş iştirakçıları filmin ssenarisini müzakirə edərək filmdə əsasən hüquqi sənədlərə istinad,  Ermənistanın Azərbaycan Respublikasına, onun dinc sakinlərinə, qadın və uşaqlara qarşı törətdiyi fiziki, psixoloji zorakılığın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən bəhs ediblər.
 
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi layihənin icrası zamanı dəstək olan qurumlara və səlahiyyətli şəxslərə öz dərin minnətdarlığını bildirir. Film 2018-ci ilin avqust ayında  ictimaiyyətə təqdim olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər