“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

16:00 08-06-2023 | icon 1234 | Siyasət
“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Razi Nurullayev: “Tək bizim narazı olduğumuz məsələ deyil, həm də bütün region və dünya üçün təhlükədir”

 

Ermənistanın regionun ekologiyası üçün təhdidləri davam edir. Bu dəfə növbəti təhdid Naxçıvan sərhədi istiqamətindən gəlir. Belə ki, Ermənistan Naxçıvanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyən kəndində ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

 

Ermənilərin sərhəddə zavod tikmək layihəsi hansı növbəti təxribatı körükləyir və əslində hansı məqsədi güdür?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən deputat Razi Nurullayev bildirib ki, Ermənistanın Naxçıvanla sərhədyanı ərazidə metallurgiya zavodunu tikməsi Naxçıvan üçün müəyyən ekoloji fəlakətlər törədə bilər. Onun sözlərinə görə, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər.

 

Deputat qeyd edib ki, əgər Ermənistan sərhəddə zavod tikmək istəyirsə, bunu Azərbaycanla razılaşdırmalıdır:

 

“Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Ermənistan bu tikintini Azərbaycanla razılaşdırmayıb. Üstəlik, ötən 30 il ərzində və bu günə qədər Ermənistan hər vasitə ilə Azərbaycana qarşı ekoloji terror həyata keçirib, torpaqlarımızı, suyumuzu  zəhərləyib”.

 

Azərbaycan ekoaktivistlərinin, vətəndaş cəmiyyəti üzvlərinin üç aydan çox  Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirdərək, ermənilərin yeraltı və yerüstü sərvətlərimizi dağıtmasına, talamasına qarşı etdiyi çıxışlarla bu barədə bütün dünyaya səsləndiyini xatırladan R.Nurullayev ermənilərin sərhəddə yenidən ekoaksiyanı başlatması üçün zəmin yaratdığını önə çəkib:

 

 “Azərbaycanın Ermənistandan bu layihəni dayandırmağı tələb etməyə haqqı var. Ümid edirəm ki, həm BMT, həm də digər beynəlxalq platformalarda Azərbaycan Ermənistanı bu layihəsini dayandırmaq, ya da ekoloji tərsirlər, texniki təhlükəsizliklə bağlı hesabat təqdim etməyə vadar edəcək.

Əgər bu metallurgiya zavodunun tikintisi ilə bağlı yaranan fəaliyyət Naxçıvanın ekologiyasına, insanların sağlamlığına zərbə vuracaqsa, o zaman təzədən etiraz aksiyalarının keçirlməsi bərpa edilə bilər və edilməlidir”.

 

Deputat hesab edir ki, beynəlxaql təşkilatlar da bu məsələyə biganə qalmamalıdır. Çünki bu, tək Azərbaycan vətəndaşlarının narazı olduğu məsələ deyil, bütün region və  dünya üçün təhlükədir. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu