“Sizin hərəkətləriniz birbaşa Prezidentə qarşı yönəlib”

16:41 27-07-2018 | icon 779 | Sosial
“Sizin hərəkətləriniz birbaşa Prezidentə qarşı yönəlib”

 

Razi Nurullayev: “Zamanında basıb yeyibsiniz, kağız üzərində hər yaşayış məntəqəsinin xətlərini ayrı-ayrı göstəribsiniz”

 

“Bu məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevin birbaşa maraqlanmasını istəyirəm. Çünki rayonlarda yeni narazılıqlar yetişməkdədir. Rayonlarda gecələr belə, işıqları söndürürlər”

  

Versus.Az-ın məlumatına görə, bu sözləri sosial problemlərlə bağlı açıqlamasında AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, əksər rayonlarda problemləri saymaqla bitmir:

 

“Masallı rayonunda yaşlı atam ağır vəziyyətdə xəstə yatır. İşıqlar gündə bir neçə dəfə söndürülür. Hətta gecə saat 01-03 arası belə, işıqları söndürürlər. Bunu nümunə göstərdim. Bütün əyalət rayonları eyni vəziyyətdədir. Onsuz da kondisioner işlətməyə elektrik enerjisinin gücü çatmır. İnsanlar ventilyatorla birtəhər keçinirlər. İnanın ki, bu vəziyyətə görə nə qədər xəstə, nə qədər yaşlı adam vaxtından tez dünyasını dəyişib. Bu qədər özbaşınalıq olmaz”.

 

R.Nurulayev vurğulayıb ki, problemlə bağlı aidiyyatı idarələrə müraciət etdikdə, cavabları bu olur ki, ölkəboyu kabelləşmə gedir deyə işqılar söndürülür:

 

“Belə çıxır ki, bir kəndin kabelini çəkmək üçün ondan sonra yerləşən 10-larla kənd də qurban verilməlidir. Zamanında basıb yeyibsiniz, kağız üzərində hər yaşayış məntəqəsinin xətlərini ayrı-ayrı göstəribsiniz, heç olmasa məntiqlə hərkət edin. Gedin kabelləşməni axırıncı kənddən başlayın, ay düşmənlər!”

 

AXCP sədri aidiyyatı qurumlardan cavab tələb etdiyini bildirib:

 

“Xahiş yox, tələb. Siz vəzifədə xalqa xidmət üçün varsınız. Siz kimsiniz ki,sizdən min dəfə qabiliyyətli və qanacaqlı adamlar əlinizin altında nökər işləyir və gündə min kərə onları da təhqir edirsiniz! Ayılın və ağlınızı başınıza toplayın! Sizin hərəkətləriniz birbaşa Prezidentə qarşı yönəlib!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi