5G-nin inkişafına dair radiotezlik dəstəyi məsələsi müzakirə edilib

19:52 08-09-2020 | icon 558 | İqtisadiyyat
5G-nin inkişafına dair radiotezlik dəstəyi məsələsi müzakirə edilib

Azərbaycan Rabitə Administrasiyası Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektri və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə Komissiyasının 18-ci iclasında iştirak edib.

 

Versus.az xəbər verir ki,  iclasda müzakirə olunan mövzulardan biri RRB iştirakçıları ölkələrində 5G texnologiyasının inkişafına radiotezlik dəstəyi məsələsidir.

 

"RRB Rabitə Administrasiyaları Rəhbərləri Şurasının birgə iclasına hazırlaşarkən iclas iştirakçıları RRB ölkələrində 5G sistemlərinin cari və planlaşdırılmış tətbiqi barədə Radiotezlik Spektrinin İdarə Edilməsi üzrə İşçi Qrupunun məlumatlarını nəzərdən keçirdilər", - məlumatda bildirilir.

 

İclas çərçivəsində radio rabitəsi, yayımı və Komissiya İşçi orqanlarının hesabatları kimi aktual məsələlərə baxılıb.

 

İştirakçılar həmçinin RRB Rabitə Administrasiyalarının istifadəsi üçün "LoRaWAN şəbəkələrinin qurulması" istinad materialını tövsiyə etdilər.

 

Komissiyanın və işçi orqanlarının növbəti iclasının 2021-ci ilin mart-aprel aylarında keçirilməsi planlaşdırılır.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq