Bu gün 28 iyul – Ümumdünya Hepatit Günüdür

11:18 28-07-2018 | icon 607 | Sağlamlıq
Bu gün 28 iyul – Ümumdünya Hepatit Günüdür

Versus.Az xəbər verir ki, 2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Hepatit Birliyi (DHP) tərəfindən 28 iyul bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunmuşdur. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.

 

Bu tarix “Ümumdünya Hepatit Günü”qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

 

Gigiyena qaydalarına diqqət edilmədiyi zaman çox sürətlə yayılan hepatit xəstəliyinin 7 novu var. Hepatit A, Hepatit E, Hepatit F virusları qida maddələrinə bulaşaraq insan orqanizminə daxil olur. Hepatit B, Hepatit C, Hepatit D, Hepatit G virusları isə müxtəlif təmaslarla insan orqanizminə bulaşır. Hepatit C Virusu (HCV), bu virusların içərisində ən təhlükəlisi hesab edilir.

ÜST-nin yeni çərçivə proqramındakı prioritetlərin birincisi olan hepatit xəstəlikləri ilə mübarizə aparmaq üçün Azərbaycanda da çox əhəmiyyətli işlər görülür. Xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI