"Azərişıq" Yardımlının 11 kəndini də işıqsız qoydu

13:57 09-09-2020 | icon 696 | İqtisadiyyat
"Azərişıq" Yardımlının 11 kəndini də işıqsız qoydu

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Yardımlı Elektrik Şəbəkəsini, necə deyərlər, "Həsənsoxuldu dəyirmanı"na çevrib. Tez-tez rəisləri dəyişməklə nə düşündüyünü bilmək olmur. İndi də Emil Bədəlov adında bir məmuru şəbəkəyə rəhbər təyin edib. Və həmin Emil Bədəlov rayonumuza ayaq basandan bir sıra kəndləri işıq üzünə həsrət qoyub. Qaz, su sarıdan korluq çəkən Yardımlı əhalisini bu azmış kimi, üstəlik elektrik enerjisi ilə də imtahana çəkirlər.

 

Artıq neçə gündür ki, rayonun Osnağaran, Anzov, Hamarkənd, Abasabad, Zenqaran, Solqard, Alar, Şıxhüseynli, Bürzünbül, Bilnə və Seyidlər kəndlərində elektrik enerjisi fasilələrlə verilir. Elə gün olur ki, 5-6 dəfə işığı yandırıb söndürürlər. Bəzən səhər sönən işıq nəhayət axşam yanır. Kəndlərin heç birində ayrıc yoxdur deyə, hər hansı bir kənddə adi bir qoruyucunu dəyişməkdən ötrü on bir kəndi zülmətə qərq edirlər...
 

Maraqlıdır, ilin-günün bu vaxtında insanları narazı salmaq, onlara zülm etmək görəsən Emil Bədəlovun nəyinə gərəkdir və o, nə vaxt bu "özfəaliyyətə" son qoyacaq?
 

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq