Yığmamız komanda hesabında Avropanın ən yaxşısı oldu

10:13 30-07-2018 | icon 557 | İdman
Yığmamız komanda hesabında Avropanın ən yaxşısı oldu

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib.

 

Versus.Az xəbər verir ki, 40-a yaxın ölkədən 300-dən çox atletin iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar. Onlar tarixi uğura imza ataraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüblər.

Yeniyetmələrdən ibarət yığma komandamız toplamda 4 qızıl, 1 gümüş və 2 bürünc, ümumilikdə isə, ayrı-ayrılıqda birdən və təkanla qaldırma hərəkətləri, həmçinin toplamdakı medallar nəzərə alınmaqla 22 medal qazanıb. Bu göstəricidə Azərbaycan 25 medal qazanan Türkiyə yığmasından sonra 2-ci olub.

 

Yaşı 17-yə qədər olan qız ağır atletlərimiz 115 xalla 12-ci, oğlan ağır atletlərimiz isə 471 xalla (4 qızıl, 3 gümüş və 3 bürünc medal) 4-cü yerə çıxıblar.

Yaşı 15-ə qədər olan qız ağır atletlərimiz Avropa birinciliyinə 44, 48, 53, 58, 63, 69 kq-da cəmi 7 nəfərlə qatılıblar. Toplam 409 xal toplayan qızlardan ibarət yığmamız komanda hesabında Avropada 3-cü yeri tutmağı bacarıb. Millimiz yalnız İtaliya və Türkiyədən geri qalıb.

 

Yaşı 15-ə qədər olan yeniyetmə oğlan ağır atletlərdə isə yığmamız 50, 56, 62, 77 və 94 kq çəki dərəcələrində cəmi 8 nəfərlə təmsil olunub. 6 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığmamız, bu nəticə ilə medal hesabında Avropanın 2-ci ən güclü komandası olub. Medallarla yanaşı, atletlərimiz milli komandanın aktivinə xallar da yazdırıblar. Nəticədə yığmamızın üzvləri cəmi 550 xal toplayıblar. Bunun sayəsində Azərbaycan yığması Bolqarıstan və Türkiyə millilərini arxada qoyaraq komanda hesabında Avropa birinciliyinin qalibi adına layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”