Azərbaycanda yeni portal istifadəyə verildi

12:36 24-09-2020 | icon 584 | İqtisadiyyat
Azərbaycanda yeni portal istifadəyə verildi

Bu gün “Azərsu” ASC “E-Su” portalını istifadəyə verir. 

 

Versus.Az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Elektron İdarəetmə və Müasir Texnologiyalar Departamentinin rəisi Emil Əhmədov bu gün keçirilən tədbirdə deyib. 

 

O bildirib ki, “E-Su” portalı istehlakçının şəxsi kabineti kimi fəaliyyət göstərəcək:

 

“2019-cu ildən etibarən elektron su portalının hazırlanmasına başlanılıb. Sistemdə istehlakçılar bildirişlərə baxa biləcək. Sistemdə ilkin olaraq 8 xidmət aktivləşdirilib. İlin sonuna qədər digər xidmətlər də əlavə ediləcək. Vətəndaş 5 müxtəlif abonent kodu ilə sistemə daxil ola və sərfiyyata nəzarət edə bilər.

 

“E-Su” portalında istehlakçı ərazilərdə su xətlərində baş verən qəzalarla bağlı bildirişlər alacaq, hətta öz şikayətlərini də qeyd edə biləcəklər”.

 

E.Əhmədov onu da qeyd edib ki, abonent elektron müraciətləri bu portal vasitəsilə edə biləcək:

 

“Abonent “Azərsu” ASC-yə ünvanladığı müraciətə nəzarət edə biləcək. Müraciətin hansı tarixdə hansı şöbədə baxıldığını izləyə və müraciətin baxılmasında hər hansı gecikmələr yaşanarsa, bunu görə biləcək”.

 

E.Əhmədov əlavə edib ki, abonent artıq sərfiyyatdan şikayətçidirsə, öz sayğacının göstəricisini çəkib, sistemə yükləməklə məsələni aydınlaşdıra biləcək:

 

“Sərfiyyatda həqiqətən yanlışlıq aşkar olunarsa, sistem avtomatik olaraq göstəriciləri tənzimləyəcək”.

 

“E-Su” (E-Su.az) portalının gələcəkdə mobil cihazlar üçün tətbiq versiyasının da hazırlanması gözlənilir.

 

Qeyd edək ki, portalın yaradılmasında məqsəd şəffaflığın artırılmasıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq