Səfir Ermənistanla ön cəbhə rayonu Tovuzu ziyarət edib

17:57 06-08-2018 | icon 631 | Qarabağ
Səfir Ermənistanla ön cəbhə rayonu Tovuzu ziyarət edib

 

“Ermənistanla ön cəbhə rayonlarından olan Tovuz rayonu Rumıniyanın bölgələri ilə qardaşlaşacaq”

 

 

Millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın dəvətilə Tovuz rayonunda səfərdə olan Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku millət vəkilinin müşayiətilə ön cəbhədə Tovuzun Ermənistanla həmsərhəd olan Ağdam kəndində olub.

 

Versus.Az-ın məlumatına görə, Millət vəkili Qənirə Paşayeva Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə məlumatlar verib. Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını, törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətin və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Millət vəkili mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması, yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi barədə məlumat verib.

 

Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku millət vəkili Q.Paşayevanın müşayiətilə Ağdam kəndində Milli Qəhrəman Naiq Yusibovun ailəsini də ziyarət edib. Millət vəkili səfirə aralarında sinif yoldaşları da olan qəhrəman şəhidlərimiz haqda geniş məlumatlar verib. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini deyən səfir Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını dilədiklərini deyib.

 

Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunun Tovuz rayon  icra başçı Məmməd Məmmədovla görüşü də olub. Qonağı salamlayan Tovuz rayon icra başçısı Azərbaycan-Rumıniya dostluğu və əməkdaşlığından danışmış, rayonun rumıniyalı iş adamlarının diqqətini çəkəcək resursları və təbii qaynaqları haqqında məlumat vermişdir.  Görüşdə iştirak etmiş millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya bölgələrindən biri arasında qardaşlaşmış bölgələr, şəhərlər olmasını təklifi ilə çıxış edib və ölkələrimiz arasında bölgələrarası əməkdaşlığın inkişafında çox önəmli olan bu məsələ yaxın zamanlarda reallaşacağına inandığını deyib.

 

Tovuz rayonu ilə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva Tovuzla Rumıniya bölgələri arasında iqtisadi əməkdaşlığı genişləndirməklə yanaşı ədəbi-mədəni, turizm əməkdaşlığı üçün də geniş imkanlar olduğunu deyib.

  Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan Ianku da Tovuza ilk dəfə səfər etməkdən məmnuniyyət duyduğunu bildirib. Rumıniyanın Azərbaycan müstəqilliyini təkrar bərpa etdiyi illərdə ölkəmizin müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayan səfir ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Tovuza səfərindən böyük məmnuniyyət duyduğunu vurğulayan  Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Tovuzla Rumıniya bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün birlikdə çalışacağıq və inanıram ki, yaxşı nəticələr olacaq deyib. Tovuz rayon icra başçısı Tovuz rayonunun da Rumıniyanın bölgələrinin biri ilə qardaşlaşmasından məmnuniyyət duyacağını deyib.  Tovuzla Rumıniyanın bölgələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi də olub və təkliflər ətrafında müzakirələr aparılıb. Görüşün sonunda qonağa milli musiqi aləti olan saz hədiyyə edilib.

 

Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan İanku “Naiqin&-Co” şirkəti və onun istehsal etdiyi məhsullarla tanış olmuşdur və  Tovuz şərabçıları ilə müştərək əlaqələrin yaradılmasının mümkünlüyü qeyd edilmişdir.

 

Tovuzun tarixi-mədəni abidələri, gözəl təbiət guşələri ilə yaxından tanış olan Rumıniyanın ölkəmizdəki səfiri rayonun ziyalıları və gəncləri ilə də görüşüb, sualları cavablandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı