İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olacaqmı?

10:20 25-09-2020 | icon 368 | İqtisadiyyat
İri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olacaqmı?

“Sentyabr ayı sona yaxınlaşdıqca, ən çox soruşulan məsələlərdən biri də karantin rejiminin uzadılıb-uzadılmaması və eləcə də, sentyabrdan xidmət və ictimai iaşə obyektlərinin fəaliyyətinin davam etməsi ilə bağlıdır. Epidomoloji vəziyyətdən asılı olaraq, növbəti qərarların veriləcəyi gözlənilsə də, iqtisadiyyatın mərhələli açılımının davam etdirilməsi daha məqsədəuyğundur”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı da artıq karantin tədbirlərinin tətbiqini məqsədəuyğun hesab etmir:

 

“İqtisadi və sosial faktorları nəzərə alsaq, Azərbaycanda da yenidən sərt karantinin tətbiq edilməsi arzuolunan deyil. Əksinə, daha yaxşı olar ki, xidmət və ictimai iaşə sektorunda fəaliyyət miqyası genişlənsin. Payız mövsümünün yaxınlaşdığını nəzərə alsaq, yalnız açıq havada deyil, eyni zamanda, qapalı məkanlarda da fəaliyyətə icazə verilməsi məqsədəuyğundur.

 

Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində 81,5 min vətəndaşımız çalışır. Deməli, ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var.

 

Nəzərə almaq lazımdır, ölkəmizdə kafe, restoran və xidmət obyektlərinin çalışdığı sektorda il ərzində iki milyard manata yaxın dəyər yaradılır. Bu isə kifayət qədər ciddi rəqəmdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi və onlara nəzarət və əməl edilməsi vacibdir.

 

Ona görə təklif edirik ki, meyarları hazırlayıb tətbiq etməklə, oktyabrın 1-dən iri ticarət obyektlərində, noyabrın 1-dən isə yeni standartlarla şadlıq saraylarında fəaliyyətə icazə verilsin.

 

Aydındır ki, bu təklifin reallaşması üçün həm meyarların gözlənilməsinə nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməyimizə ehtiyac var. Yalnız bu halda, həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”. /Azxeber.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq