“Azəriqaz” əhali üçün yenilik hazırlayır

12:50 25-09-2020 | icon 441 | İqtisadiyyat
“Azəriqaz” əhali üçün yenilik hazırlayır

“Azəriqaz” abonentlərinə göstərilən müştəri xidmətlərinin elektron sistemi yaradılacaq. 

 

Versus.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

 

Bildirilib ki, abonentlərə xidmətlərin təqdim olunmasında əldə edilən uğurların davamlı olması üçün daha effektiv yeni iş prosedurlarının təşkilinə zərurət yaranıb.

 

“Azəriqaz” İB Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilmiş kommunal xidmətlərin inkişafına dair “Strateji yol xəritəsi” üzrə monitorinq və qiymətləndirmənin həyata keçirilməsindən irəli gələrək müştəri xidmətləri sahəsində bəzi yeniliklərin olunmasını nəzərdə tutur.

 

Hazırda “Azəriqaz” İB “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşlara 21 xidmət növü təqdim edir. Lakin bunun müəyyən hissəsinin birliyin digər strukturları ilə bilavasitə bağlı olması, yəni bəzi sənədlərin işlənilməsini digər şöbələrin əməkdaşları icra etdiyindən vaxt itkisi yaranır, vətəndaş narazı qalır və nəhayət bu da müştəri məmnuniyyətinin azalmasına gətirib çıxarır.

 

Ona görə də qərara alınıb ki, müraciətlərin təminatı ilkin mərhələdə vahid bir elektron poçt üzərindən, gələcəkdə isə xüsusi internet-portalı üzərindən yeni iş proseduru seçilməklə icra olunsun. Bu sistem işə düşdükdən sonra abonent məlumatlarında dəyişikliklərin edilməsi, borc və ödəniş haqqında arayışların verilməsi, sayğac zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, smart kartda istifadə olunmayan vəsaitin abonent koduna köçürülməsi və digər əməliyyatların icrasını elektron formada həyata keçirilə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq