“Azərxalça” Lənkəranda tədris-hazırlıq kursu təşkil edib

10:24 08-08-2018 | icon 619 | Mədəniyyət
“Azərxalça” Lənkəranda tədris-hazırlıq kursu təşkil edib

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının fəaliyyətinin təmin olunması məqsədilə tədris-hazırlıq kursu təşkil edilib.

 

ASC-dən Versus.Az-a verilən məlumata görə, avqustun 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Lənkəran şəhərində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən toxucularla görüşüb.

 

Məlumat verilib ki, tədris-hazırlıq kursu lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 80 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Lənkəran şəhərindən deyil, şəhərə yaxın kəndlərdən də müraciətlər var.

 

Tədris-hazırlıq kurslarının əhəmiyyətindən danışan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib. Qeyd edilib ki, bu il yaradılan bütün filialların fəaliyyətinin təmin olunması üçün belə kurslar keçirilir. Ölkəmizin 10 bölgəsində təşkil olunan kurslarda, hələlik 1000-ə yaxın qadın toxuculuğun sirlərinə yiyələnir. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən 1500 toxucu Cəmiyyətin filiallarında işlə təmin ediləcək.

 

Lənkəranda inşa olunan xalça istehsalı emalatxanasının qısa zaman ərzində istifadəyə veriləcəyini vurğulayan Vidadi Muradov tədris-hazırlıq kursunda iştirak edənlərin həmin emalatxanada peşəkar toxucular kimi fəaliyyət göstərəcəklərinə, keyfiyyətli xalçalar toxuyacaqlarına əminliyini ifadə edib.

Bildirilib ki, gələcəkdə Lənkərandakı xalça emalatxanasında xovlu xalçalarla yanaşı, xovsuz xalçalar da toxunacaq. Dövlət başçımızın böyük uzaqgörənliklə yaratdığı Lənkəran xalça istehsalı emalatxanası həm də bu bölgədə xalçaçılıq ənənələrinin yaşadılmasına və inkişafına şərait yaradacaq.

 

Vidadi Muradov kursda iştirak edənlərə uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə “Azərxalça”nın Lənkəran filialı üçün bina tikilir. Lənkəran şəhərində yaradılan xalça istehsalı emalatxanasında 150 toxucu fəaliyyət göstərəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol