Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq

14:17 09-08-2018 | icon 455 | Cəmiyyət
Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq


Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib.

 

Versus.Az-ın məlumatına görə, qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə ilk öncə Fəxri Xiyabanı ziyarət ediblər. Onlar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər.

 

Ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamını xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası üçün bir örnək olduğunu qeyd edib. Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Millət vəkili Q.Paşayeva Türkiyə nümayəndə heyətinin üzvlərinə Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib. Daha sonra qonaqlar Bakı Türk Şəhidliyini ziyarət ediblər. Onlara 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdikləri, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumatlar verilib, Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib.

 

Türkiyəli qonaqlara eyni zamanda millət vəkili Qənirə Paşayeva XX yüzillikdə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu bildirib və ölkənin ali qanunvericilik orqanı, fəaliyyəti barədə geniş məlumat verib. Türkiyə nümayəndə heyəti ilə millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-də görüş də olub.

 

Görüşdə bu ilin fevral ayında Nazilidə Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışına görə Nazili bələdiyyəsinə göstərdiyi duyarlılığına görə bir daha təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib . “Bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və qardaş Türkiyənin Nazili vilayəti ilə Azərbaycanın Tovuz və Masallı rayonlarının qardaşlaşması işinin tezliklə reallaşacağına inam ifadə olunub.

 

Görüşün sonunda millət vəkili Q.Paşayeva qonaqlara Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materiallar, hədiyyələr təqdim edib, türkiyəli qonaqlar isə onların bölgələrini tanıdan materialları millət vəkilinə hədiyyə ediblər.

 

Türkiyə nümayəndə heyəti Qənirə Paşayevanın müşayiəti ilə paytaxtla yaxından tanış olublar, İçəri Şəhəri ziyarət ediblər. Onlar burada Şirvanşahlar Saray-Komleksini, Seyid Yəhya Bakuvinin türbəsini, Qız qalasını, Cümə Məscidini və bir sıra tarixi abidələri ziyarət ediblər, onlara Bakının tarixi, Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı geniş məlumatlar verilib. Eyni zamanda Türkiyəli qonaqlar Cumhuriyyətimizin ilk paytaxtı qədim Gəncə ilə də yaxından tanış olublar, tarixi abidələri ziyarət ediblər.

 

Türkiyə heyəti bir sıra televiziya proqramlarının qonağı da olublar. Azərbaycanın tanınmış sənətçiləri, şair və yazarları, QHT və KİV rəhbərləri, fəal qadınlar ilə də görüş olub, geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol