"Bu agentliyin yaradılması uğurlu sosial siyasətin bariz nümunələrindəndir"

18:21 10-08-2018 | icon 457 | Siyasət
"Bu agentliyin yaradılması uğurlu sosial siyasətin bariz nümunələrindəndir"

Bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması sosial islahatların davam etdirilməsinə və daha da genişləndirilməsinə imkan verir. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı, insan amili dayanır.

 

Versus.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə deyib ki, görülən işlər, həyata keçirilən uğurlu islahatlar xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşlarımız üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir:

 

““Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyev sosial islahatların bundan sonra da davam etdiriləcəyini xüsusi olaraq bəyan edir. Hesab edirəm ki, dünyanın bəlkə də çox az ölkəsi olar ki, insanlara bu qədər diqqət və qayğı ilə yanaşılır, sosial siyasət dövlət strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan da bu ölkələr sırasındadır”.

 

V.Rəhimzadə vurğulayıb ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs-DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir:

 

“DOST Agentliyinin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Fərmanda nəzərdə tutulduğu kimi, bu sahədəki xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək. Vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin ediləcək. Bu mənada sosial siyasət sahəsindəki islahatlar qanunvericilik bazasını daha da təkmilləşdirməklə yanaşı, vətəndaşlara daha çevik, şəffaf xidmətlərin göstərilməsinə hesablanıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”