JuHI beynəlxalq təşkilatlara müraciət etdi

17:15 29-09-2020 | icon 551 | KİV
JuHI beynəlxalq təşkilatlara müraciət etdi

JuHI beynəlxalq təşkilatlara müraciət edərək İTV əməkdaşlarının atəşə tutulmasının diqqətə alınmasını istəyib.

 

Versus.Az xəbər verir ki, bu barədə JuHİ mətbuat xidmətinin məlumatında bildirilib.

 

Jurnalistlərin Həmkarlar İtifaqı (JuHİ) İctimai Televiziya əməkdaşlarının Tərtər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar beynəlxalq jurnalist təşkilatlarına müraciət edib.

 

Müraciətdə qeyd edilib ki, “Azərbaycan ictimai televiziyasının əməkdaşları Azərbaycan-Ermənistan cəbhə xəttində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları, Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar”.

 

JuHİ bildirir ki, "İctimai TV-nin əməkdaşları və onların istifadə etdikləri avtomobil hücuma məruz qalarkən, əməkdaşların əyinlərində press uniforması, avtomobilin üzərində isə İctimai TV-yə məxsus loqo və digər tanınma nişanları olub. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri jurnalistləri atəşə tutmaqdan çəkinməyiblər”.

 

JuHİ müraciətdə qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan jurnalistlərinə qarşı törədilən ilk və son hadisə deyil, bənzər hallar intensiv şəkildə baş verir.

Bunu nəzərə alaraq, JuHİ beynəlxalq jurnalist təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa çağırır.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar