İxtisas seçimi bu gün başa çatır

09:41 13-08-2018 | icon 605 | Təhsil
İxtisas seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 13-ü yəni bu gün saat 23:59-dək davam edəcək.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumat verilib.

 

Bildirilib ki, ixtisas seçimi internet vasitəsilə elektron formada aparılır və bu prosesi həftənin istənilən günü, günün istənilən vaxtı həyata keçirmək mümkündür. İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

 

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 8164 nəfərdir.

 

10 avqust saat 11:30-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 12709, II qrup üzrə 9531, III qrup üzrə 10792, IV qrup üzrə 3195, V qrup üzrə isə 3112 nəfərdir. Ümumilikdə, 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

 

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər