Ölkəmizə dost və düşmən olanlara MESAJ

14:32 16-06-2023 | icon 457 | Siyasət
Ölkəmizə dost və düşmən olanlara MESAJ

Mətin Məmmədli: “Ərdoğanın bu səfərinin Şuşa Bəyannaməsinin ikinci ildönümünə təsadüf etməsi təsadüfi deyildi”

 

“Bu səfər Azərbaycanla Türkiyənin müxtəlif səviyyələrdə olan münasibətlərinin daha da dərinləşdirilməsinə, yeni mərhələyə daxil olmasına töhfə verəcək”.

 

Versus.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Türkiyə respublikasının prezidenti Rəcb Tayyib Ərdoğanın Bakıya rəsmi səfərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycan və Türkiyə dövlət başçıları və ölkənin digər rəsmiləri davamlı olaraq qarşılıqlı səfərlər edirlər. Onun sözlərinə görə, Türkiyəyə prezident seçiləndən sonra Tayyib Ərdoğanın səfərini xüsusiləşdirən məqam seçkilərdən sonra Şimali Kipr və Azərbacana edilən ilk səfərlərdir:

 

“Türkiyədə prezident seçkilərdən sonra ilk səfərlərin bu iki ölkəyə edilməsi bir ənənəyə çevrilib ki, bu, Rəcəb Tayyib Ərdoğan tərəfindən bir daha davam etdirildi”.

 

Ekspert bildirib ki, bu səfərdə digər diqqət çəkən məqamın səfərin Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünə təsadüf etməsi ilə bağlıdır:

 

“Təxminən 2 il əvvəl iyunun 15-də Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb və bu bəyannamə ilə hər iki ölkə hərbi siyasi baxımdan müttəfiqliyini rəsmiləşdirib. Nəzərə almaq lazımdır ki, yerləşdiyimiz coğrafiyada və dünyada olduqca mürəkkəb proseslərin fonunda cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri doslarımıza və düşmənlərimizə bir mesaj xarakteri daşıyacaq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Murad Arifin yeni DUET ORTAĞI

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu