“Gərək, gedib edam olunaydı”

12:34 15-02-2018 | icon 532 | Siyasət
“Gərək, gedib edam olunaydı”

DEMOKRATİYA DÖVRÜNÜN NKVD-si

“Sənət adamlarının siyasi seçimi ətrafında müxalif camiyədən qaldırılan səs-küy NKVD irsinin əbədiyaşar mahiyyətini üzə çıxardı. Sən demə, o vaxtlar repressiya olunanların balaları indi böyük şövq və həvəslə başqalarını linç etməyə hazırdılar. Axı sovet genləri hələ yaşayır”.

Versus.Az-ın məlumatına görə, bu sözləri özünün “Facebook” səhifəsində millət vəkili, növbədənkənar seçkilərə namizəd Zahid Oruc müxalifətin bəzi nümayəndələrinə ünvanladığı fikirlərində vurğulayıb:

“Arif Hacılının şair ruhu antihakimiyyət pamfletləri üzərində kökləndiyindən o, prezident seçkilərindən yalnız inqilab marşları oxumağa aludədir. Müsavatın himnində onu Allaha bənzətmək elə də ədəbi qəbahət sayıla bilməz, çünki onu azad ruhlu adam qələmə alıb. Amma Səməd Vurğunun partiya sevgisini nə qədər desən süngüyə taxmaq olar. Nədən ki, böyük şairimiz ideologiyanın və dövrün tələbinə uyub. Gərək, gedib edam olunaydı”.

Zahid Oruc qeyd edib ki, sovet yazıçılarını Stalinin qələm ordusuna çevirəndən sonra Nikita Xruşov dövründə heç kəsə lazım olmayan Aleksandr Fadeyevin özünüqəsdinə ağlayan adamlar çox qəribə bir məntiqlə hərəkət edirlər:

“Deməli, Əkrəm Əylislini gördüyü yuxulardan ayıltmaq üçün hakimiyyət rəsmilərinin və milyonlarla sadə vətəndaşın qəzəbi yazıçıya basqı sayıla bilər, amma “gənc demokratiya qvardiyaçıları”nı təşkilatlandırıb iqtidarın üstünə aparan Əli Kərimlinin Anarı, Afaqı, Amaliyanı, bir sözlə müxalif himnlər bəsləməyən bütün sənətkarları mühakimə etməyə haqqı varmış. Görün, belələrində səlahiyyət olsaydı, neçə-neçə başları qələm kötüyünün üstünə sərərdilər.
Demokratiya dövrünün NKVD-si və balaca beriyalar təzədən pöhrələyib meydana çıxmağa can atırlar. Heç olmasa, onda qələm müqəddəs idi…”

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı