Sərnişin avtobusu arxa aşdı
Almaniyada "Flixbus" şirkətinə məxsus avtobus qəzaya uğrayıb.
Trend-in məlumatına görə, insident Rostok şəhərində qeydə alınıb.
Magistralda hərəkət edən avtobus yoldan çıxaraq arxa aşıb. Qəza nəticəsində 6 nəfər ağır yaralanıb, daha 10 nəfərin yüngül xəsarətlər aldığı bildirilir.
Hazırda magistral yolun Berlin istiqamətində olan hissəsində hərəkətin bağlı olduğu bildirilir.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Polis araşdırmaya başlayıb.
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”