100-cü xalça kəsildi

15:56 17-08-2018 | icon 622 | Mədəniyyət
100-cü xalça kəsildi

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin bu ilin mayında istifadəyə verilən Xaçmazdakı filialının xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib.

 

Versus.Az xəbər verir bu barədə ASC-dən məlumat verilib.

 

Qeyd edək ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmazdakı filialında əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.

 

Xalçanın toxunması prosesi başa çatdıqdan sonra o, kəsilərək hanadan götürülür. Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. Milli dəyərimiz olan xalçaçılığı inkişaf etdirən “Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Xalça istehsalı emalatxanalarında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir.

 

Xatırladaq ki, “Azərxalça”nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

“Sovetski”də qədim quyu və tunellər aşkarlandı