“Bakı şəhərinin Baş Planı 2040” virtual sərgidə təqdim olunur - FOTO

15:25 09-10-2020 | icon 942 | İqtisadiyyat
“Bakı şəhərinin Baş Planı 2040” virtual sərgidə təqdim olunur - FOTO

Bakı şəhərinin Baş Planının ilkin layihəsi virtual sərgi formatında ictimaiyyətə təqdim olunur.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində ictimai tanışlıq prosesinə başlanılır. Baş planın ilkin layihəsinin 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə təqdimatı virtual sərgi formatında keçiriləcək.

 

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində tanış olmaq mümkündür. 

 

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

 

Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilib. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilib. 2-ci mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilib.

 

Həmçinin, Baş planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilib.

 

Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Baş planın həyata keçirilməsinin birinci mərhələsi 2020-2027-ci illəri əhatə edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq