“Qıcolma sərbəst xəstəlik deyil, hansısa xəstəliyin əlamətidir”

13:00 03-08-2023 | icon 851 | Sağlamlıq
“Qıcolma sərbəst xəstəlik deyil, hansısa xəstəliyin əlamətidir”

Nərminə Abbasova: “Qıcolmanın ağır formasında ard-arda dəfələrlə tutmalar davam edir”

 

“Qıcolma orqanizmdə sərbəst xəstəlik kimi baş vermir, o, hansısa bir xəstəliyin əlaməti kimi təzahür edir. Adətən qıcolmalar əsəb sisteminin xəstəlikləri zamanı baş verir. Bu xəstəliklərə epilepsiya, spazmofiliya, nevrozlar, psixozlar və sair aiddir. Uşaqlarda baş verən qıcolmalar isə adətən bədən hərarətinin yüksəlməsi səbəbindən olur”.


Adından da göründüyü kimi, budəfəki mövzumuz qıcolmalarla bağlıdır. MayoMed Klinikasının Baş həkimi, terapevt Nərminə Abbasova bildirdi ki, qıcolma zamanı xəstə huşunu itirir. Əzələlərin qəfildən və kəskin spazmı, beyində qıcıqlanmanın artması buna səbəb olur:

 

“Qıcolmalar az yaşlı uşaqların hərarətinin 39-41 dərəcəyə qalxması nəticəsində əmələ gəlir. İlkin əlamətlərini diqqətli analar dərhal görürlər. Qıcolmanın ilkin əlamətləri zamanı xəstənin rəngi avazıyır, dodaqlarının ətrafı göyərir, üz gərilir, mimiki əzələlər dartılır. Ən sonda uşağın başı geriyə doğru qatlanır, uşaq huşunu itirir. Bu hadisə baş verən zaman ana ilk növbədə həkim çağırmalıdır. Həkim gələnə kimi isə özu xəstəyə ilk yardım göstərməlidir. Məsələn, əvvəlcə xəstəni rahat yerə uzatmalı, köynəyinin yaxasını açmalı, kəmərini boşaltmalıdır. Xəstə öz dilini dişləməsin deyə onun ağzına dəsmal qoyulmalıdır. Xəstənin əl və ayaqlarını tutmaq lazımdır. Yaxşı olardı ki, bu arada ətrafdakılardan kim isə uşağa qızdırmasalıcı dərman versin. Belə məqamlarda ən yaxşı dərman vasitəsi qızdırmasalıcı şamlardır. Dərman öz təsirini göstərənə qədər xəstənin qollarını, sinəsini, bud nahiyyəsini yaş dəsmalla silmək lazımdır. Xəstəni belə tutmalar zamanı üzüyuxarı saxlamaq olmaz, çünki uşaq qusa bilər. Qusuntu kütləsinin qida borusuna düşməsi digər fəsadlara yol aça bilər”.

 

Terapevt deyir ki, qıcolma tempratur səbəblidirsə, tempratur düşən kimi xəstəliyin əlamətləri də keçib gedir. Onun sözlərinə görə, qıcolmanın müddəti bir neçə saniyədən bir neçə dəqiqəyə qədər olur:

 

“Qıcolmanın ağır forması var ki, bu zaman ardı-ardına dəfələrlə tutmalar davam edir. Qıcolma tutması baş verən xəstəni stasionarda dəqiq yoxlatdırmaq lazımdır. Ola bilsin ki, bu əlamət sinir sistemi xəstəlikləri ilə əlaqəli olsun”.

 

Mövzu ilə bağlı daha ətraflı məlumatları oxucularımızın diqqətinə çatdırmaq istədiyini deyən Nərminə xanım febril qıcolmadan bəhs etdi. Bildirdi ki, febrial qıcolma uşaqlıq yaş dövrünün ən sıx görünən qıcolma tipidir:

 

“Febrial qıcolma əsasən 3 ay 5 yaş dövründə, daha çox 6 ay-3 yaş arası uşaqlarda sinir sisteminin infeksionunun olmadığı zaman yaranır. Febril qıcolma ən çox 18 ay müddətində başlayır və temperatur yüksəlməsi zamanı baş verir. Bədən hərarətinin 38 dərəcə üzərində olması nəticəsində febril qıcolmalar baş verir. 44% halda temperatur yüksələndən 1 saat ərzində qıcolma baş verir. Qıcolma daha gec zamanda baş verirsə, meningit kimi ağırlaşmalar yaranır. Febril qıcolmalar generalizə tonik-klonik -yəni bütün bədənə yayılmış qıcolma olmala yanaşı, fokal qıcolmalar (bədənin bir yarısını) da olur. Unilateral (bir qol və ayağı əhatə edir) uzunmüddətli qıcolmadan sonra bir neçə saat, ya bir neçə gün Todd paralici görünür. Bu zaman uşaq birtərəfli ətrafın tərpədə bilmir”.

 

 

Terapevt bildirdi ki, febril qıcolma quruluşuna görə sadə və mürəkkəb olur. Həkimin sözlərinə görə, sadə febril qıcolma 15 dəqiqəyədək davam edir, gün ərzində təkrarlanmır, qıcolmadan sonra nevroloji qüsur görünmür. Mürəkkəb febril qıcolma isə 15 dəqiqədən çox davam edir, 24 saat ərzində təkrarlanır, qıcolma zamanı bədənin bir yarısı prosesə cəlb olunur, Todd paralici kimi nevroloji əlamət görünür. Febril status tək bir qıcolmayla davam edib, şüur açılmadan ardarda davam edən qıcolmanın baş verməsidir:

 

“Febril qıcolmaların 60-70%-i sadə, 30-40% -i mürəkkəbdir. Yüksək temperaturlu körpənin titrəməsi, ajiatasiyası, bayılması, ağızətrafı sianozu, apnoesi Febril qıcolma deyil. Anamnez diqqətli və ətraflı alınmalıdır. Febril qıcolmalarının səbəbi genetik faktordur. Belə körpələrdə dəmir əksikliyi anemiyası ilə febril qıcolma arasında əlaqənin olduğu haqda mülahizələr var. Febril qıcolmalar ən çox üst tənəffüs yollarının virus infeksionu zamanı yaranır”.

 

Febril qıcolmada risk faktorlarından da danışan həkim bildirdi ki, ailədə febril qıcolma, körpənin baxçaya getməsi, yenidoğulma müddətində 28 gün və daha çox xəstəxanada qalması, nevroloji inkişafın ləngiməsi risk faktorlarındandır. Həkim deyir ki, ilkin febril qıcolma keçirmiş uşaqda təkrarlanma az müşahidə edilsə də epilepsiyaya çevrilməsi üçün risk faktorlarının olması vacibdir.

 

 

Bəs febril qıcolma nə zaman epilepsiyaya çevrilə bilər? Nərminə xanım bildirdi ki, febril qıcolmaya qədər psixomor ləngiməsi olan körpələr, birinci dərəcəli qohumlarda genetik epilepsiyanın olması, mürəkkəb febril qıcolmanın olması kimi risk faktorların heç birisi yoxdursa, epilepsiyanın yaranma riski 2% dir:

 

“Profilaktik müalicənin risk faktorunun dəyişdirməyəcəyi qəbul edilib. Febril qıcolmadan sonra epilepsiyanın bir forması olan mezial temporal sklerozun yaranması bəzi hallarda qarşımıza çıxır. Südəmər körpənin ağır mioklonik epilepsiyası da febril qıcolmadan sonra afebril, yəni temperatur yüksəlmədən görünür. Febril qıcolmadan 7-10 gün sonra EEG dəyişiklikləri görmək mümkündür. Sadə febril qıcolma zamanı MRT məsləhət deyil. Mürəkkəb febril qıcolma varsa, psixomotor ləngimə varsa, febril status görünmüşsə, MRT məsləhətdir”.

 

 

QEYD:

 

Həkim terapevt Nərminə Abbasova febrial qıcolmadan əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI