“Həmsədrlər seçkilərin manipulyasiya vasitəsi olmasından narahatdırlar”

16:17 14-02-2018 | icon 486 | Siyasət
“Həmsədrlər seçkilərin manipulyasiya vasitəsi olmasından narahatdırlar”

“Həmsədr ölkələr və Ermənistan status-kvonu saxlamaqda maraqlıdırlar”

“Bu il münaqişə tərəfləri olan Azərbaycan və Ermənistanda, eləcə də həmsədr dövlətləri ABŞ və Rusiyada Konqres, Prezident seçkiləri keçiriləcək. Bu səfərin sözügedən proseslərlə bilavasitə əlaqəsi var”.

Bunu Versus.Az-a politoloq Nəzakət Məmmədova ATƏT-in Minsk Qrupunun regiona səfərinin nəzərə çarpan əsas xüsusiyyətləri və gözləntilər barədə şərhində bildirib:

“Ermənistan daim atəşkəsi pozur, Sarkisyan rejimi öz vətəndaşlarını və xaricdəki erməni diasporunu münaqişə ilə manipulyasiya edərək təsir altında saxlamağa çalışır. Bunu yaxşı bilən həmsədrlər seçkilər ərəfəsində və ondan sonra atəşkəs rejiminin pozulmasından, münaqişənin seçkilər üçün  manipulyasiya vasitəsi olmasından narahatdırlar”.

N.Məmmədova həmsədrlərin eyni zamanda regionda keçirdikləri son görüşlərinin münaqişədə həlledici dönüş yaradacağını inandırıcı hesab etməyib.  Politoloq bildirib ki, həmsədrlər ortaya yeni bir ideya qoymadıqları üçün Sankt-Peterburq və Vyana prinsiplərinə istinad edirlər. Həmsədrlərin bu səfərdə əsas məqsədi yeni bir ideyanı ortaya qoymaq yox, seçkilər ərəfəsində atəşkəs rejiminin, status-kvonun saxlanılmasına nail olmaq və danışıqlar prosesinin davamlılığını təmin etməkdir:

“ATƏT-in müşahidə missiyasının tərkibinin genişləndirilməsi də onu deməyə əsas verir ki, həmsədrlər münaqişənin həllində dönüşə nail ola bilmədikləri üçün mövcud status kvonun saxlanılmasında maraqlıdırlar. Həll edə bilmirlərsə, ən azı atəşkəsin pozulmasını da istəmirlər. Çünki Azərbaycan prezidentinin mövqeyi qətidir, prinsipialdır və beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyev hər zaman qətiyyətlə bəyan edir ki, Dağlıq Qarabağ heç zaman müstəqil dövlət ola bilməz! Bu baxımdan bu ərazini Azərbaycandan qopara bilməyən həmsədr ölkələr və Ermənistan status-kvonu saxlamaqda maraqlıdırlar”.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı