Xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur - FOTO

11:21 20-10-2020 | icon 738 | İqtisadiyyat
Xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur - FOTO

Ötən əsrin 70-ci illərinin normativləri əsasında tikilən, qara və çınqıl örtüklü olan Şəhriyar–Kələxana avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq, təmir olunmadığından yolun torpaq yatağı deformasiyaya uğrayıb, yol geyimində çökmələr əmələ gəlib, istismar üçün yararsız vəziyyətə düşüb və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmıb. Bu səbəbdən yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac var idi.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) yaydığı məlumatda qeyd olunub.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, bu layihələrdən daha birinə Şamaxı rayonunda başlanılıb.

 

Belə ki, Bakı–Şamaxı-Yevlax avtomobil yolunun 122-ci km-dən ayrılan Şəhriyar-Kələxana avtomobil yolunun tikintisi məqsədilə bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla yenidənqurma işlərinə start verilib.

 

Hazırda üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar-Kələxana avtomobil yolu tikinti layihəsinə uyğun olaraq  əsaslı şəkildə yenidən qurulur və iki hərəkət zolaqlı olaraq IV texniki dərəcəyə uyğun təkmilləşdirilir.

 

Layihə çərçivəsində ilkin mərhələdə marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb.

 

Artıq bu işlərin yekunlaşdığı ərazilərdə 12 sm qalınlıqda olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Ümumi uzunluğu səkkiz kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq altı metr, çiyinlərin eni isə iki metr təşkil edəcək.

 

AAYDA-nın rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyi üçün hesablanıb.

 

Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa ediləcək, hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq