Pendir və şor məhsulunun bazarı bağlandı

15:47 13-09-2018 | icon 219 | Sosial
Pendir və şor məhsulunun bazarı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərin təmin edilməsi istiqamətində tədbirlərini davam etdirir.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, mütəxəssislər tərəfindən həyata keçirilən qida təhlükəsizliyi üzrə yoxlama tədbirləri çərçivəsində “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulundan müayinələr üçün nümunələr götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

 

Qeyd olunanları nəzərə alaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “BMS Aqro” MMC-yə “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun ticarət şəbəkələrindən yığışdırılması, istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib.

 

Qida Təhlükəsizliyi Agentliyi bir daha bəyan edir ki, sanitar-gigiyenik tələblərə cavab verməyən və insan sağlamlığına ciddi təsir göstərə biləcək bu cür məhsulların istehsalı və satışı ilə məşğul olan sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın məktəbində NOVRUZ ab-havası

“Bəzi partiya sədrləri mikrafon, kamera görən kimi “aktyorluq” edirlər”

ƏLİ İNSANOVLA SATQIN YƏHUDALARIN "QAN TARLASI"

"Ermənistan özü öz işğalçılıq siyasətini faş etdi"

"Vərəm xəstəsi olan ailələrə daha həssas yanaşılmalıdır"

Jurnalistlərin saldıqları bağdan - REPORTAJ/FOTOSESSİYA

"Bir vətəndaş kimi dövlət başçısına minnətdaram"

“ Yaşasin Quba ASAN Xidməti!”

İsgəndər Həmidov həbs olunub və ona şərt qoyulub

AXCP sədri: "Əgər iqtidar bizimlə hesablaşmasa..." - VİDEO

"Siyasi məhbusların azadlığa buraxılması vacibdir"

Əli İnsanovun yersiz iddiaları

Könüllülər hərakatından başlayan uğurlar - MÜSAHİBƏ

Əsl peşəkar diplomatiya nümunəsi 

"WhatsApp"da problem yaranıb