Vətən Müharibəsinin İlk qadın şəhidimizin ailəsindən VİDEOREPORTAJ

16:12 30-10-2020 | icon 994 | Şəhidlər və şahidlər
Vətən Müharibəsinin İlk qadın şəhidimizin ailəsindən VİDEOREPORTAJ

“Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...”

 

Versus.az xəbər verir ki, bu sözləri İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi, yaralı əsgərlərimizi döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olan Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan AzTV-yə anası ilə bağlı xatirələrini bölüşərkən deyib. 

 

O, cəbhədə olan anasının tez-tez zəng edib onların kefini soruşduğunu bildirib: “Hər dəfə zəng edib bizi soruşardı. Mən neçə dəfə zəng elədim götürmədi, axırda açdı, danışdı. Səsi çox pis çıxırdı. Dedim yəqin xəstədir. Nə olduğunu soruşdum, dedi yaxşıyam. Bir də dedi ki, “dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın, bacına da yaxşı bax...” 

 

10 yaşlı qızı Zəhra da anasını qürurla xatırlayıb: “Anam məni çox istəyirdi. Mənimlə həmişə fəxr edirdi, indi mən də anamla fəxr edirəm ki, Vətən uğrunda şəhid oldu...” 

 

Şəhidin anası Məktubə Baxışova isə qızını çox çətinliklə, atasız böyütdüyünü, lakin qızının heç vaxt ölümdən qorxmadığını deyib: “Hərbiyə getmək istəyirdi. Dedim ki, iki balan var, sizi zülmlə böyütmüşəm. 4 yaşında olanda atasını itirib, atasız böyüyüb. Dedi ki, “uşaqlarım sənə əmanət. Əgər mənə bir şey olsa, şəhid olacağamsa, mənim alın yazımdır”.

 

O, mənim qürurumdur, başımın ucalığıdır. Balam ölümdən qorxan qız deyildi...  “Narahat olma hər şey qaydasındadır, tezliklə qələbə bizim olacaq!”.

 

“Ordumuzda elə ruh yüksəkliyi var ki, o qədər könüllü canla-başla döyüşən əsgərlərimiz var ki...” - Bu, onun ən çox işlətdiyi sözlər idi...”

 

Xatırladaq ki, 31 yaşlı Arəstə Baxışova Xaçmazda doğulub. Atası Çernobıl qəzasında əlil olub və şəhidimiz 4 yaşı olanda vəfat edib. /modern.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq