Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək

14:11 14-09-2018 | icon 463 | Mədəniyyət
Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.

Konsert proqramında Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.

 

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər. Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.

Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı