Xəlil Rzanın Şuşadakı sonuncu ƏHVALATI

06:20 03-11-2020 | icon 702 | Ədəbiyyat
Xəlil Rzanın Şuşadakı sonuncu ƏHVALATI

Şuşa! Həyatımızın ayrılmaz parçası!

 


VİLAYƏT QULİYEV

 

 

1987-ci ilin iyul ayı.

 

Şuşada sonuncu Vaqif poeziya günləri.

 

Şairin əzəmətli məqbərəsinin önündə müxtəlif dillərdə şeirlər səslənir.

 

Sıra Xəlil Rzaya gəlir.

 

O, pırpız qaşlarını çataraq iri gözlərini daha geniş açır və az qala hayqıraraq oxuyacağı şeirin adını elan edir:

 

"Türk sözündən qorxan alçaqlara".

 

Dağlıq Qarabağın erməni şair və yazıçılarının hamısı Azərbaycan dilini yaxşı bilir. Ona görə də dərhal qulaqlarını şəkləyirlər.

 

Aydın məsələdir ki, Xəlil Rza bu şeiri qəsdən seçib. Erməniləri öz silahları ilə vurur. Onların acığına bəşər sivilizasiyasının bütün uğurlarını türklərin adı ilə bağlayır. Hətta "ər üz" adlandırdığı rusları da dinini və dilini dəyişmiş türk elan edir. Türk sözlərini öz dillərinə uyğunlaşdırmaqda suçlayır:

 

"Çelovekə çevirdin,
Sən çələbəy sözümü"

 

Arxada dayanmış rusdilli şairimiz, Azərbaycan bayatılarının əvəzsiz tərcüməçisi Vladimir Qafarov özünü saxlaya bilməyib pıqqıltı ilə gülür.

 

Xəlil Rza ona tərs-tərs baxıb davam edir:

 

"Vladimir Qafarov!
Gəl bərəltmə gözünü,
Çox itirmə özünü.
Çətin ki, anlayasan
Sözümün hikmətini.
Sən get təzədən öyrən
Nəsil-nəcabətini!"

 

Bəlkə də çoxları Xəlil Rzanın şeirin mətnində olmayan bu micraları bədahətən dediyinin fərqinə varmır.

 

Vladimirsə əlini onun kürəyinə toxundurub "Да пошел ты!"- deyə pıçıldayır.

 

Hamıya bir qayda olaraq "Gözəl insan" deyə müraciət edən Araz Dadaşzadə yol boyu hər kəsə "Gözəl çələbəy!"-deyir və birinci özü uğunub gedir.

 

Şuşa! Həyatımızın ayrılmaz parçası!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK