"Savadlı qadın mollalara ehtiyac var"

15:26 14-09-2018 | icon 681 | Cəmiyyət
"Savadlı qadın mollalara ehtiyac var"

Azərbaycanda ziyalı, İslam dinini gözəl bilən, savadlı qadın mollalara ehtiyac var.

 

Versus.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, din işçisi yalnız kişilər olmalı deyil:

 

"Təhsilli, İslamı bilən qadın mollalara ehtiyac var. Onlar məscidlərə rəsmi təyinat da ala bilərlər. Türkiyədə belə kadrlar var. Ümid edirəm ki, bizim də belə kadrlarımız olacaq".

 

E.Kərimova bildirib ki, bu gün Azərbaycanda qadın mollaların çoxu yas mərasimlərinə dəvət edildikdə yalnız xürafatı yayırlar:

 

"Biz görürük ki, yas mərasimlərini heç bir dini təhsili, din barədə ətraflı məlumatı olmayan qadınlar aparırlar. Onlar hansısa ayini, mərsiyəni əzbərləyirlər, yaxşı ağlaşma qururlar. Belə qadınlar məclislərə dəvət edildikdə orada yalnız xürafat yayırlar. İnsanlar heç bir şəkildə maariflənmir".

 

E.Kərimova qeyd edib ki, yas mərasimlərində "Qurani-Kərim" oxuna bilər, islamın əsasları və dəyərləri təbliğ edilə bilər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə deyib ki, qadın mollaların 80-90 faizi məclislərdə cahillik aşılayırlar:

 

"Qadın mollalarla bağlı saf-cürük aparılmalıdır. Buna "Azərbaycan xalqının dəyəridir, olmaz" deyə etiraz edə bilərlər. Amma bunlar Azərbaycan xalqının dəyərləri deyil".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür