"Onların Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır"

15:35 14-09-2018 | icon 426 | Siyasət
"Onların Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır"

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) mövcud nümayəndə heyətinin üzvlərinin baş nazir Nikol Paşinyanın dediklərini təkrarlaması gülünc vəziyyət yaradır.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin tərkibi dəyişir, çünki əsas heyət əvvəlki hakimiyyətin dövründə formalaşdırılıb:

 

“Həmin deputatlar da çalışırlar ki, hansısa formada ölkənin rəhbəri Nikol Paşinyanın müəyyən edəcəyi tərkibdə təmsil olunsunlar. Ona görə də Paşinyanın Dağlıq Qarabağla bağlı demək istədiyi və dediyi sözləri təkrar edirlər. Bu da gülünc bir vəziyyətə gətirib çıxarır”.

 

S.Seyidov bildirib ki, Ermənistanın AŞ PA-dakı nümayəndə heyəti bəyanat verib, bəyanatda tamamilə məntiqsiz fikirlər mövcuddur.

Komitə sədri əlavə edib ki, Ermənistanın daxilində gedən proseslər başqa müstəviyə keçib, onlar bir-birilə mübarizəyə başlayıblar:

 

“Paşinyan hökuməti nüfuzdan düşüb, bir qədər sonra onun yalnız regionda deyil, dünyada və beynəlxalq səviyyədə də nüfuzdan düşəcəyinin canlı şahidi olacağıq”.

 

S.Seyidov vurğulayıb ki, bütün dünya, o cümlədən Avropa Şurasının özü də Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı konkret qətnamələr qəbul edib və heç kəs bunu inkar edə bilməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI