ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

15:32 15-09-2018 | icon 556 | Siyasət
ALDP-də türk və Azərbaycan şəhidləri yad edilib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasın 100 illiyi və partiyanın 2019-cu il iyun ayına qədər fəaliyyət programı müzakirə olunub.

 

Versus.Az-ın məlumatına görə, öncə Bakının azad olunan zaman türk və Azərbaycan şəhidləri bir dəqiqəlik sükütla yad edilib.

 

ALDP sədri Fuad Əliyev Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyilə bağlı qısa məlumat verib:

 

“1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün 1130 şəhid veriblər.”

 

Sonra partiyanın yaranmasının 20 illiyi və yay mövsümündə keçirilən tədbirlərlə bağlı ALDP Gənclər Təşkilatının (GT) sədr müavini Ülvi Əfqanlı məlumat verib:

 

“Biz partiyanın yaranmasının 20 illiyi ilə bağlı nəzərdə tutulan tədbirləri keçirdik. Partiya üzvləri arasında “ALDP Kuboku” uğrunda nərd, futbol və şahmat yarışları keçirilib. Yarışlarda ALDP-nin bütün rayon təşkilatları da iştirak edib və qaliblər mükafatlandırılıb”.

 

Daha sonra ALDP GT sədri Murad Əliyevin hərbi xidmətə getdiyinə görə sədrliyin müvəqqəti olaraq ALDP MNTK-nın sədri Vaqif Eyvazova həvalə olunması qərara alınıb.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR