Din xadimlərimiz Prezidentə müraciət ediblər

11:39 17-09-2018 | icon 422 | Gündəm
Din xadimlərimiz Prezidentə müraciət ediblər

Bu gün İlahiyyat İnstitutunun açılış mərasimində Azərbaycan din xadimləri Prezidentə müraciət ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, müraciətdə dini konfessiya rəhbərləri dünyanın bir çox ölkəsində ksenofobiya, islamofobiya, antisemitizm, irqi ayrı-seçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qardaşlıq və həmrəylik şəraitində yaşadığını, ölkədəki bu tolerant mühitin Ümummilli lider Heydər Əliyevin mütərəqqi dövlət-din siyasəti nəticəsində yaradıldığını və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

 

Azərbaycan İlahiyyat İnstitutunun istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksək ixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq, təkcə Azərbaycan deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcəyinə inamlarını ifadə edən müraciət müəllifləri Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasına, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə göstərilən qayğının əyani göstəricisi olan Azərbaycan İlahiyyat İnstitutunun yaranması haqqında imzaladığı sərəncama görə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı