Bayraq Azərbaycana təqdim edildi

11:49 17-09-2018 | icon 649 | İdman
Bayraq Azərbaycana təqdim edildi

Bolqarıstanın Sofiya şəhərində bədii gimnastika üzrə 36-cı dünya çempionatı öz işinə yekun vurub.

 

Azərbaycan Gimnastika Federasiyasından Versus.Az-a verilən məlumata görə, dünya birinciliyi uğrunda mübarizə aparan 36 qrup komandası arasında Azərbaycan gimnastları da iştirak ediblər. İcra etdikləri hər iki kompozisiya üzrə finala adlamağı bacaran qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ötən gün yenidən xalça üzərinə çıxaraq öz güclərini bir daha nümayiş etdiriblər. Ən güclülərin mübarizə apardığı bu mərhələdə komandamızın halqa ilə çıxışları 20.100 xalla dəyərləndirilib. Bununla da onlar dünya çempionatının 5-cisi olublar. Gimnastlarımızın 3 top-2 ip ilə icra etdiyi digər final çıxışı isə onları 7-ci edib. Komandamız çoxnövçülük proqramında sıralamada da 7-ci yerdə qərarlaşıb.

 

Çempionatın bağlanış mərasimində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bayrağının bədii gimnastika üzrə növbəti dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim etmə mərasimi baş tutub. Federasiyanın bayrağı qurumun prezidenti Morinare Vatanabe tərəfindən Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanovaya təntənəli şəkildə təqdim edilib.

 

Çempionatın sonunda baş tutan qala-konsertdə isə millimizin üzvləri məhz Bolqarıstan musiqisinin sədaları altında möhtəşəm qala-çıxışlarını icra edərək yerli tamaşaçıların alqışlarını qazanmağı bacarıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin