"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

13:37 17-09-2018 | icon 1649 | Sosial
"“Quba Məzarlığı”nın basdırılması cinayətdir”

Ağasəf İmran: "Hadisənin erməni hərbçiləri tərəfindən törədildiyini iddia edən yazı var və bu da soyqırımın formatının dəyişdirilməsinə xidmət edir"

 

 

“Quba soyqırımını açıq faktlarla dünyaya təqdim edən “məzarlıq”ın mərmərlə basdırılması yanlışdır və düşmənin dəyirmanına su tökməkdir”.

 

Bunu Versus.Az-a Ziyalı Ocağı Cəmiyyətinin sədr müavini, dosent Ağasəf İmran bildirib. O, narahatlıq doğuran mühüm məqamlardan biri kimi məzarlığın üzərinə vurulan lövhəni qeyd edib. Onun sözlərinə görə hadisənin erməni hərbçiləri tərəfindən törədildiyini iddia edən yazı var və bu da soyqırımın formatının dəyişdirilməsinə xidmət edir:

 

“Hərbdə müharibə qaydalarına görə silah işlədilir və ölümlər olur. Bu, müharibə qaydalarına görə təbii hal sayılır. Quba soyqırımı isə müharibədə yox, silahlanmış ermənilər tərəfindən törədilib. Lövhədə yazılan “hərbçi” ifadəsi həm də ona görə yanlışdır ki, Quba soyqırımı törədilərkən nə Ermənistan dövləti, nə də onun hərbçisi olmayıb. Burda yalnız silahlandırılmış ermənilərin törətdiyi soyqırımdan söz gedə bilər".

 

A.İmran bildirib ki, mərmərlə basdırılan məzarlıq digər soyqırım abidələri kimi cansız və üzərindəki yazı, onun müharibədə verilən qurbanların xatirəsinə ucaldılmış abidə təəsuratını yarada bilər:

 

“Ermənilərin Azərbaycanda insanlığa sığışmayan vəhşiliyinin qalıqları, üst-üstə qalaqlanmış insan sümükləri soyqırımın əyani sübutu idi. Məzarın qapadılması isə ermənilərin törətdiyi cinayətlərin növbəti dəfə ört-basdır edilməsinə xidmət edir. Əslində isə “Quba Məzarlığı” üzəri görünən xüssi şüşə ilə qapanmalı idi”.

 

Qeyd:

Məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb. Məzarlıqda aşkar edilən iki arx skeletlərlə dolu olub. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. Qubada aşkar edilən kütləvi məzarlıqda tədqiqat aparan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib:

 

“İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışında sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyib".

 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın bildirdiyinə görə, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir:

 

"Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb".

 

Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyev deyib ki, böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir:

 

"Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeletləri tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Azərbaycanlıların soyqırımı çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə, yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib".

Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: Ermənilər qətliamların üstünü örtmək üçün çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI