“Əlillər evdən bayıra çıxa bilməyəcək”

15:50 17-09-2018 | icon 765 | Cəmiyyət
“Əlillər evdən bayıra çıxa bilməyəcək”

Protez Ortopedik  Bərpa Mərkəzinin problemi bitmir

 

 

“Protez Ortopedik Bərpa Mərkəzi əlilləri get-gələ salır. 9 aydan çoxdur ki, əlillər Mərkəzdən heç nə ala bilmir”.

 

Bunu Versus.Az-a əlil ayaqqabısını, əsasını dəyişdirmək istəyən, lakin hər dəfə də kor-peşiman və psixoloji gərginlik, ruh düşkünlüyü ilə geri qaytarılan Şəhid Əyyub Yusifovun oğlu, Bakı şəhəri, Görədil qəsəbəsində yaşayan 1-ci qrup əlil Yusif Yusifov bildirib.

 

Onun sözlərinə görə, 1992-ci ildən fəaliyyətə başlayan mərkəz öz profilinə uyğun düzgün fəaliyət göstərə bilmir:

 

“Əlillərin dərdinə “dərman” ola bilməyən belə bir böyük müəssisənin yer tutmasındansa, olmaması daha yaxşı olardı. Ən azı əlillər onlara lazım olan əşyaları buradan alacaqlarına ümid edib, 100-lərlə kilometr məsafəni qət etməz, sonradan ümidləri qırılmış vəziyyətdə əliboş geri qayıtmazdılar. Birdəfəlik bilərdilər ki, təcrid olunublar və evdən küçəyə çıxamamalıdırlar”.

 

Y.Yusifov deyib ki, müəssisə lazım olan malları hazırlamaq üçün materialın olmadığını səbəb gətirir:

 

“Bu qədər inkişaf etmiş və lazım olduğu zaman humanitar yardımlara qaçan ölkənin köməyə ehtiyacı olan öz vətəndaşına  qarşı gətirilən bu səbəblər boş bəhanələrdən başqa bir şey deyil və dövlətin imcinə ziyan vrmaqdır”.

 

1 qrup əlil  deyir ki, belə davam edərsə, əlillər cəmiyyətdən təcrid olunacaqlar:

 

“Çünki aldığımız təqaüd heç ərzaqı ödəmir. Hələ başqa xərcləri demirəm. Bu cür laqeyd, biganə yanaşmalar əlilləri daha da pərişan duruma salır. Belə davam edərsə, əlillər evdən bayıra çıxa bilməyəcək. Bu, əlillərin cəmiyyətdən izolyasiya olunması deməkdir.

Mən Bakıda yaşayıram və fiziki məhdudiyyət üzündən mərkəzə gedənə kimi kifayət qədər əziyyət çəkirəm. Siz başqa rayonlardan gəlib əliboş qayıdan yüzlərlə əlilin halını təsəvvür edin. Onların arasında Qarabağ döyüşlərində sağlığını itirmiş insanlar, şəhid ailələri var. Belə hallar cəmiyyətimiz üçün heç də yaxşı nümunə deyil. Mən hələ əlil arabalarına ehtiyacı olan əlillərin çəkdiyi əziyyətləri demirəm. Bəzən məhdudiyyətli insanlar düşdükləri durumla bağlı həyatdan tamamilə əllərini üzürlər. Bir tərəfdən sağlıq problemi, o biri yandan da bu cür get-gələ salınmalar əlillərdə psixoloji gərginlik yaradır”.

 

Y.Yusifov saytımız vasitəsilə aidiyyatı orqanlardan bu problemə bir əncam çəkilməsini xahiş edir.

 

(Mövzuya qayıdacağıq)

 

A.Zenallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin