"Populist çıxışlarla gündəmdə qalmaq istəyir"

15:59 17-09-2018 | icon 526 | Siyasət
"Populist çıxışlarla gündəmdə qalmaq istəyir"

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birində xidmət keçməsi alqışlanmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, ölkə başçısının övladının ölkənin təhlükəsizliyinin həvalə olunduğu bir qoşun növündə xidmət keçməsi Azərbaycan üçün qürurvericidir:

 

"Paşinyan isə bu barədə sərsəmləmələri ilə özünü biabır edir, populist çıxışlarla gündəmdə qalmaq istəyir. Birincisi, Paşinyanın oğlunun adı Dağlıq Qarabağdakı hərbi hissələrin birində getsə də, məlumata görə, onun övladı həmin hərbi hissədə olmur, daim Xankəndi ərazisində gəzir. Sadəcə Paşinyan bu faktı əlində bayraq tutaraq şou göstərir. O, sadəcə gündəmdə qalmaq, özünü vətənpərvər göstərmək üçün oğlunu Qarabağa hərbi xidmətə göndərib. İkincisi, Paşinyandan soruşmaq lazımdır ki, o və övladı Ermənistan vətəndaşı olduğu halda, hansı əsasla övladını Ermənistanda deyil, Dağlıq Qarabağa, başqa ölkənin ərazisinə hərbi xidmətə göndərir? Onun bu hərəkətinin özü beynəlxalq hüquq normalarına ziddir, danışıqlar prosesini yubadan bir addımdır. Paşinyan öz övladını siyasi alətə çevirib. Belə çıxır ki, bu şəxs öz oğlunu da siyasətə qurban verir, öz övladı ilə siyasi alver edir. Bu yolla özünü ermənilərə vətənpərvər göstərmək istəyir, amma o buna heç cür nail ola bilməyəcək".

 

T.Kərimli bildirib ki, son vaxtlar N.Paşinyan sarsaq çıxışlar edərək Azərbaycana söz atır, ölkənin daxili işinə qarışmaq istəyir:

 

"Belə bəyanatlar vermək onun öz gücü daxilində mümkün deyil. İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir. Ermənistan isə hələ də Rusiyanın kölgəsində yaşayır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol