Cənab Prezident, yenidən səfərbərlik elan edin

13:17 11-11-2020 | icon 2583 | Köşə
Cənab Prezident, yenidən səfərbərlik elan edin

Müharibə başlayanda necə etdiniz, indi də edin

TAHİRƏ QAFARLI

 

QOY MİLLƏT BU DƏFƏ OĞULLARININ, DƏDƏLƏRİNİN QANININ TÖKÜLDÜYÜ İŞĞALDAN AZAD OLUNAN BÜTÜN TORPAQLARA KÖK SALMAQ ÜÇÜN YÜRÜSÜN!

 

Əziz ANAlar, bu dəfə oğullarınızı işğaldan azad etdikləri Xankəndini... abad etmək üçün göndərin!..

 

O gün olduğu kimi, minlərlə insan, bütöv Azərbaycan sizin ətrafınızda müsəlləh əsgər kimi döyüşə hazırdır. Necə ki, o, mən, onlar elə ilk anlardan döyüşə getmək üçün səfərbərlik üzrə dövlət qeydiyyatından keçmişdik, bilirəm ki, bu gün də mənim kimi yüzlərlə qadınlarımız, oğullarımız vətənin çağırışına səs verəcəklər. Qorxmadan, çəkinmədən...

 

Bizlər vətənin çağırışına səssiz qalmadıq, qalmarıq. Bizim igid, qorxmaz, cəsur, rəşadətli oğullarımız, ərlərimiz bir aslan kimi irəliyə çıxdı, əlinə silah alıb dayandı. Dedi ki, hələ mən ölməmişəm ki, analar, qızlar əlinə silah götürsün. Oğullarımız, qartal baxışlı igidlər vətəni, anasını, bacısını özünün qanı, canı bahasına xilas etdi.

 

Millətin o igid oğlu bu VƏTƏN MÜHARİBƏSİndə necə bir ildırım nüvəsinə çevrilib, böyük bir enerji topası kimi düşməni yandırdı, yenə də düşmənə həmin zərbəsinin qığılcımının atəşini daddıracaq. Düşmən də, dünya da Azərbaycanın birlikdə hansı gücə sahibləndiyini gördü. İgidlərimiz vətəni öz qanı bahasına azad etdi və bayrağımız Qarabağın, bütövlükdə Azərbaycanın gözü olan Şuşada sancıldı. Azərbaycanın igid ərlərinin səfərbərliyi ilə, müharibə yolu ilə torpaqların azadlıq müharibəsi, Şuşanın hərblə azad olunmasından sonra düşməni təslim olmağa məcbur etdi. Ermənistan baş naziri məğlubiyyətini etiraf edib, Azərbaycan torpaqlarından qoşunlarını çıxarması ilə bağlı Rusiya, Azərbaycan prezidentlərinin onlayn görüşündə əksini tapdı və Müharibədə dönüş nöqtəsi olan bəyanat imzalandı.

 

27 sentyabrda başlayan Vətən Müharibəsi noyabrın 8 də Şuşaya sancılan bayraqla dayandı. Ermənistan təslim oldu. Rusiya sülhməramlıları Qarabağda yerləşdi. Tarixi təcrübəyə baxanda bu insanlarımızı vahiməyə salır. "Yenə torpaqlarımın hüququ azadlığı Rusiyanın hərbi müdaxiləsi ilə alınacaq"- deyə, böyük həyəcan yaşayır insanlar. Mən bu hissləri anlayıram. Və ona görə də deyirəm ki, qanlı müharibə bitdi, QƏLƏBƏMİZ mübarək, yeni mübarizəmiz başlayır, mübarək!

 

Bu gün Azərbaycanın igid oğul və qızları öz mübarizəsini işğaldan azad olunan torpaqlarımızda aparmaq üçün səfərbər olmalıdır. Vətən sərhəddən başlayır və bizim millətin igidləri öz postlarını Xankəndində qurmalı və sərhəd boyu bütün işğaldan azad olunmuş torpaqlarda yerləşməli, kök atmalıdırlar. Dünən avtomatla döyüşən igidlər, bu gün silahsız, amma böyük milli ruhu özündə daşıyan sevgi ilə o torpaqlarda məskən salmalı, çoxalmalı, vətəni erməni mənfurlarının nəfəsindən təmizləmək üçün yaşamalıdırlar, mübarizə aparmalıdır.

 

Yenə Söz Azərbaycan Millətinin, xalqlarının birliyi, gücü ilə həll olunacaq. Millət bir olub, bütöv olub işğaldan azad olunan torpaqlara səfərbər olmalıdır. Bu dəfə avtomatla deyil, yaratmaq, çoxalmaq üçün.

 

Cənab Prezident, bunun üçün bu mərhələdə də sizin xalqı səfərbərliyə çağırmağınıza böyük ehtiyac var və bu olacaq. Qanını bu torpaq uğrunda tökən oğullar işğaldan azad olunan Xankəndində, Kəlbəcərdə, Xocavənddə, Xocalıda, Laçında elə kök salmalıdır ki, alaq otlarının bitməsinə yer qalmasın. İgidlərimizə məhz o torpaqlarda yerləşmələri üçün imkanlar yaradılmalıdır. Bu mərhələdə yenə də söz sizindir, Azərbaycanın bütövlüyünü qoruyan igid oğullar. Mübarizəniz o torpaqlara gedib, o yerləri abadlaşdırmaq, Azərbaycanın mili-mədəni, mənəvi ruhunu özünə qaytarmaqdan keçir.

 

Cənab Prezident, məhz bu missiyanın həyata keçirilməsi üçün sizin səfərbərlik elanınızı gözləyirik!

 

Eşq olsun Azərbaycan Əsgərinə!

Eşq olsun Ali Baş Konandana!

Eşq olsun Azərbaycanın bütövlüyünə, birliyinə!

#QARABAĞAZƏRBAYCANDIR! #AZƏRBAYCANAZƏRBAYCANLILARINDIR!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK