Partiya sədri Tehrana səfər edib
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İran hökumətinin dəvəti ilə Tehrana səfər edib.
VİP-in Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumatda bildirilib ki, səfərin məqsədi qonşu ölkədə İslam İnqilabının 39 illiyinə həsr olunmuş tədbirlərdə iştirakdır.
Bildirilir ki, Əli Əliyevin bir neçə gün davam edəcək səfəri çərçivəsində İran prezidenti Həsən Ruhani, parlamentin türk əsilli deputatları və siyasi dairələrin təmsilçiləri ilə də görüşü nəzərdə tutulub.
ARZU
Versus.Az
Xəbər lenti
Deputatdan ipoteka ilə bağlı TƏKLİF
"İpoteka kreditləri üzrə şərtlər yüngülləşdirilsin"