Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

15:20 18-11-2020 | icon 1558 | İqtisadiyyat
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək?

Azərbaycanın tarixi torpağı olan Şuşaya çəkiləcək yolun təməli qoyuldu. Bu gün artıq üçüncü gündür ki, bu istiqamətdə işlər davam edir. 

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib.

 

A.Nəcəfli bildirib ki, Şuşamıza gedən yolun tikintisi davam edir:

 

“Yolun kifayət qədər geniş olması planlaşdırılır. Qarabağ regionunda gələcəkdə də planlaşdırılan layihələrlə əlaqədar yolun 101,5 km uzunluğunda olması hesablanıb. Üç gediş və üç gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Burada yolun əsas hissəsi dörd zolaqlı olacaq. Kənar iki zolaqlar isə geniş xidməti yol olacaq və xüsusi texnikaların, ağır yük avtomobillərinin hərəkəti üçün nəzərədə tutulur. Ölkə başçısının xüsusi tapşırığı əsasında yolun tam olaraq bir il yarım müddətinə hazırlanıb təhvil verilməsi planlaşdırılır. Baxmayaraq ki, 101,5 km uzunluğunda yoldur, uçurumlu ərazilərin, dağlıq ərazilərin olması səbəbindən yolu hissə-hissə böldükdən sonra podratçı şirkətlərin ərazidə fəaliyyətinə də şərait yaradılacaq”.

 

O həm də qeyd edib ki, AAYDA özü də ərazidə işlərin qısa müddətdə yekunlaşdırılması üçün yaxından iştirak edəcək:

 

“Bizim kifayət qədər bazamız var. Şuşaya gedən yolun başlanğıcı Füzuli rayonun Əhmədbəyli kəndindən başlayır, bizim bu kəndə qədər gələn magistral yolumuz var. Eyni zamanda işğal altında qalan Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu var idi ki, 118 km olan bu yolun da yenidən qurulması istiqamətində layihələndirmə işlərinə artıq başlanılıb. Layihə yekunlaşdıqdan sonra baxılacaq və qərar qəbul edildikdən sonra qısa müddət ərzində orada da işlərə başlanılacaq”.

 

“Yolun bir il yarım müddətində inşası nəzərdə tutulsa da, bu o demək deyil ki, bu müddət ərzində həmin istiqamətə gediş-gəliş olmayacaq. Xeyr, yolun inşası zamanı iki zolaq tam yekunlaşdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti üçün şərait yaradılacaq”,- deyə AAYDA rəsmisi sonda qeyd edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq