"İlk öncə ölkədən bank fəaliyyəti yolu ilə qaçırılan əmlaklar müsadirə olunmalıdır"

15:31 22-11-2020 | icon 782 | İqtisadiyyat
"İlk öncə ölkədən bank fəaliyyəti yolu ilə qaçırılan əmlaklar müsadirə olunmalıdır"

Mürvət Həsənli: "Bütün torpaqlarımız azad olunandan sonra görəcəyimiz işlər çoxdur"

 

"Ağdamın, bilavasitə Ağdam ərazisundə, bir şəhid vermədən azad olunması Azərbaycan rəhbərliyinin əfsanəvi diplomatik qələbəsidir. Əlbəttə ki, bu qələbəni təmin edən amillərdən biri də müzəffər ordumuzun döyüş meydanındakı qələbələridir".

 
 
Versus.Az xəbər verir ki, bunu sosial mediaya açıqlamasında iş adamı, iqtisadçı Mürvət Həsənli bildirib.
 
 
Bu COVİD-19 dövründə belə sevincimizi cilovlaya bilmədiyimizi vurğulayan Mürvət Həsənli qeyd edib ki, digər rayonlar da azad olunandan sonra görəcəyimiz işlər çox böyükdür:
 
 
"Fikrimcə, ilk öncə ölkədən qeyri qanuni bank fəaliyyəti yolu ilə qaçırılan və ilkin mənbəyi izah edilə bilməyən əmlakların qeydsiz-şərtsiz müsadirəsi olmalıdır. Tək bir güzəşt müəyyən edilmiş qısa bir zamanda, məsələn, altı ay ərzində, bu əmlakların ən azı 50% dəyərində pulun Azərbaycan dövlər büdcəsinə ödənilməsi ola bilər.
Tükiyədə 29 tapu sənədli, yəni daşınmaz əmlakın dövlət qeydiyyatı sənədi ilə təsdiq olunan binalar alıb icarəyə verən, ABŞ-da təkcə daşınmaz əmlak vdergisi 7 142 ABŞ dolları olan yataqxana alıb icarəyə verən "Azoylkomplekt-Matrix Group" qondarmasının və Pilateslayf əxlaqsızlığının benefisiarları Məmmədzadə Sərraf, Qasımov Abbası, Aysel Banayan kimilərin zehni vətənləri Ermənistanda 11 may 2020-ci ildən belə bir qanun qüvvəyə minib. Elə ona görə bunlar Azərbaycan vətəndaşlığından belə yapışıblar. Vətəndaşlıq deyəndə yəni pasport. Bunları Azərbaycanla başqa heç bir şey bağlamır".
 
 
M.Həsənli bildirib ki, müharibə başlayan gündən Azərbaycandan qaçıb Türkiyədə gizlənən Məmmədzadə Sərrafın Azərbaycandan qacırdığı 30 000 000 ABŞ dollarının müsadirə edilib Azərbaycan büdcəsinə qaytarılmaması, Vətən müharibəsində istər ön cəbhədə, istər arxa cəbhədə vuraşan, çalışan insanlarımızın vicdanını arğıdır:
 
 
"Bunun üçün bir imzatoplama tədbirinin vaxtı gəlib çatmışdır. Əks təqdirdə, göz bəbəyi Vətənimizə “mafiaya üçün münbit şəraiti olan ölkə” kimi çirkablar da atılacaq. Bunu edə biləcək qərəzli media qurumlarını bu Vətən müharibəsi günlərində gördük".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ