Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

13:36 26-11-2020 | icon 467 | İqtisadiyyat
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək

Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunub.

 

Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.

 

Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.

 

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.

 

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Aygün obrazdan obraza girdi - “Maşallah”

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Kilsə Rusiyanın son variantı idi"

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK