Meydanda görüşərik!

19:14 27-09-2018 | icon 820 | Köşə
Meydanda görüşərik!

 

FƏRİD İSMAYILOV

 

Akif Nağının xətrini çox istəyirəm. Yaxşı adamdır. Amma, ancaq və lakin QHT rəhbəri kimi çox səriştəsiz biridir. İllərdir Qarabağ Azadlıq Təşkilatına rəhbərlik edir, nəsə eləməyə çalışır. Hətta nəsə edə bilir də. Qınamaq da olmur. Təşkilat gözünü ancaq qrantlara dikib. 10000 üzvü olan təşkilatın maliyyə problemindən əziyyət çəkməsi çox gülünc və təsiredici bir məqamdır.

 

Aylardır Qarabağa azadlıq üçün mitinqin keçirilməsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətinə əsasını qoyduğu Qarabağ Komitəsi ilə müraciətlər etdilər. Hər dəfəsində neqativ cavab gəlməyinə rəğmən israrla bu işin arxasınca düşdülər. Nəhayət ki, sentyabrın 29-u saat 15:00-da “Məhsul stadionu”nda mitinqin keçirilməsinə razılıq verildi. Bu münasibətlə ürəyi Qarabağla döyünən hər kəsi təbrik edirəm!

 

Akif Nağını həm də bir neçə "müxalifət" partiyasını Qarabağ məsələsində birləşdirə bildiyi üçün təbrik edirəm! Mitinqin keçirilməsində məqsəd bu məsələnin həlli üçün təsiredici olan beynəlxalq və yerli təşkilat, nazirlik, orqanların Qarabağın azadlığı üçün verilən qərarların tezliklə yerinə yetirilməsinə təsir etmək və gündəmdə saxlanmasıdır.

 

Akif Nağını mitinqə az adam gəlməsi riski maraqlandırmır. Hər sonrakı dəfəsində fasiləsiz Qarabağ mitinqinə gələnlərin sayının çox olacağına inanır. Nə deyim, Akif bəy! İnanmayan daşa dönsün. Amma, ancaq və lakin bu mitinqin əvəzinə çox yaxşı bir sosial ismarıc, beynəlxalq konfrans, xarici mətbu orqanlarda çıxışlar edə bilərdiniz. Və daha az xərc ilə...

 

Yenə qeyd edirəm ki, çox yaxşı insansınız və bir o qədər də safsınız. Bir-birini mühacir alverində təqsirkar bilən, butulka tullayan, “filankəsin uşaqları məndəndir” deyən, iki cümləni ard-arda gətirə bilməyən və illərdir birləşə bilməyən 50-dən çox "müxalif" partiyalarla bir araya gəlməyiniz qəribədir. İllərdir bu partiya sədrləri Qarabağ üçün birləşməli olduqlarını bilmirdilər, yoxsa bacarmırdılar? İnanaq ki, bacarmayıblar.

 

Meydanda görüşərik!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF